AMEA-da seçki keçiriləcək

18:10 | 11.12.2013
AMEA-da seçki keçiriləcək

AMEA-da seçki keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 14 institutunun direktorunun səlahiyyət müddəti bitib.Bunu AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Akademiyanın akademik katibi Rasim Əliquliyev "aznews.az"a deyib.Onun sözlərinə görə, AMEA-nın 10 institut direktorunun səlahiyyət müddəti bitməyib. 8 institut direktoru isə bu vəzifədə əvəzedici kimi çalışır. Ümumilikdə 24 direktor vəzifəsi üzrə seçki keçirilməlidir.AMEA prezidenti Akif Əlizadə isə çıxışında deyib ki, direktor vəzifələri üzrə seçkilər keçirilməmişdən əvvəl Akademiyanın bölmələri institutlarda struktur dəyişikliklərinin aparılması ilə bağlı təkliflər verməlidirlər. Bu təkliflər geniş müzakirə edildikdən sonra seçkilərin keçirilməsi barədə elan verilməlidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb