AMEA doktoranturaya qəbul qaydalarını dəyişdi

10:39 | 13.03.2015
AMEA doktoranturaya qəbul qaydalarını dəyişdi

AMEA doktoranturaya qəbul qaydalarını dəyişdi

AMEA-nın doktoranturaya qəbul və doktorluq imtahanlarının verilməsi zamanı iddiaçıların ingilis dili biliklərinin qiymətləndirilməsi üçün yeni tələblər müəyyən edilib.
 
"Report" xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub.

Akademiyada doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin müasir səviyyədə qiymətləndirilməsi üçün tələbləri yüksəltmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib. Belə ki, bundan sonra doktoranturaya qəbul zamanı iddiaçı TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6,5 bal toplaması barədə sertifikat təqdim etməlidir. Doktorluq imtahanları zamanı isə iddiaçıdan TOEFL üzrə ən azı 100 bal və ya IELTS üzrə ən azı 7 bal toplaması barədə sertifikat tələb olunacaq.

Müvafiq tədbirlərin həyata keçirilməsi AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə tapşırılıb. Qərarın icrasına nəzarət AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə həvalə edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM