Ana Vətən Partiyası parlament seçkilərində iştirak edəcək

17:40 | 07.12.2019
Ana Vətən Partiyası parlament seçkilərində iştirak edəcək

Ana Vətən Partiyası parlament seçkilərində iştirak edəcək

Dekabrın 7-də Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib.
 
Partiyadan "Report"a verilən məlumata görə, toplantıda növbədənkənar parlament seçkiləri, təşkilati məsələlər müzakirə olunub.
 
Ali Məclisin sədri Rəşadət Yaqublu gündəlikdə duran məsələləri məclis üzvlərinin diqqətinə çatdırıb.
 
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ölkədə gedən islahatların geniş təhlilini verib. O, növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər üzərində dayanıb və qarşıdakı parlament seçkilərində aktiv iştirak etməyin vacibliyini vurğulayıb.
 
Daha sonra partiyanın Ali Məclisinə və Mərkəzi Şuraya yeni üzvlüklərlə bağlı qərar qəbul edilib.
 
Müzakirələrdə iştirak edən partiya funksionerləri seçkilərin dövlətçilik baxımından ciddi hadisə olduğunu önə çəkib və prosesdə yaxından iştirak edəcəklərini söyləyiblər.
 
Gündəlikdə olan məsələlər ətrafında AVP Aparat rəhbəri Elçin Ağamalı, sədir müavinləri - Arzuman Abubəkirov, Fikrət Yusifov və Yalçın Hacızadə çıxış edib.
 
AVP sədrinin müşaviri Jalə Mütəllimova Ali Məclisin bəyanatını Məclis üzvlərinə təqdim edib. 
 
Bəyanatda AVP-nin növbədənkənar parlament seçkilərində fəal iştirak edəcəyi bildirilib. 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb