Anar Əliyev bütün kartları açdı - Sensasion müsahibə

14:03 | 15.11.2014
Anar Əliyev bütün kartları açdı - Sensasion müsahibə

Anar Əliyev bütün kartları açdı - Sensasion müsahibə

Ön söz: “Global Witness” təşkilatının Azərbaycanın neft sektorunadair Hesabatın dərc olunmasından bir il ötür. Bu Hesabata dair bizötənki yazılarımızda diqqət yetirmişik. Bu müddət ərzində biz Hesabatdaadı çəkilən Anar Əliyevlə (Anar Əlizadə) dəfələrlə əlaqə saxlayaraq,ondan müsahibə almaq istəyi ilə müraciət etdik. İlkin olaraq rədd cavabıalsaq belə, öz niyyətimizdən əl çəkmədik və iki ay öncə Anar bəyihazırkı sizlərə maraqlı ola biləcək müsahibəni verməyə razı sala bildik. 

-Cənab Əlizadə, “Global Witness” təşkilatının Sizinlə bağlısəs-küylü hesabatı hələ də müzakirə olunmaqdadır və bu hesabat qlobalenerji bazarında aparıcı brendlərən birinə çevrilmiş SOCAR-ınfəaliyyətində şəffaflıqla bağlı ciddi suallar yaratdı. Sizinlə SOCARarasında indi üzə çıxmış bu ortaqlıq necə yarandı? Hesabatda iddiaedildiyi kimi bu ortaqlıqda hansısa qohumluq əlaqələrinin rolu oldumu?

- Öz müsahibələrimdə qeyd etdiyim kimi, “Global Witness” təşkilatınınqərəzli mövqeyi artıq cəmiyyətimizdə və şəxsən məndə heç bir şübhəyaratmır. Məlum olduğu kimi, qeyd olunan hesabatın məhz Bakıda, 2013-cüilin dekabr ayında mühüm beynəlxalq enerji müqavilələrin imzalanmasıərəfəsində dərc olunması hazırkı geosiyasi vəziyyətdə Azərbaycan üçünmühüm enerji layihələrinin həyata keçirilməsinə mane olması məqsədidaşıdığı aydın şəkildə görünürdü.

Lakin hesabatın əsas hədəfi kimi Azərbaycanın seçildiyinin aydıngörsənməsinə baxmayaraq məhz mənim əsas müzakirə predmetinə çevrilməyimhələ də mənə müəmmalı qalır. Fürsətdən istifadə edərək, bundan əvvəlkişəxsi bəyanatımda və müsahibələrimdə hesabatın qərəzli, ziddiyyətli vəəsassız olması haqqında söylədiklərimi bir daha təsdiq edirəm.

Ümumiyyətlə, “Global Witness” təşkilatının mövqeyinin ziddiyyətliolduğu nəzərə çarpır. Diqqət  yetirin, həmin təşkilat gündəmdəkorrupsiya ilə bağlı heç bir məsələlərin olmadığını bəyan edir və bunuöz müsahibələrində və bəyanatlarında təsdiq edir. Eyni zamanda, onlarınverdikləri suallar əsasən şəffaflıq və mənim ictimaiyyətə tanınmamağımlabağlıdır. O zaman, təşkilatın hesabatlarının tam olaraq acıqmənbələrdən götürdükləri məlumatlar üzərində qurulması, SOCAR-ın vəmənim verdiyim açıqlamalar, habelə mənim ictimaiyyətə tanınmağım artıqgündəmdə bir sual qoymur. Belə vəziyyətdə onların dönə-dönə, israrlayeni suallar qoyaraq məsələni şişirtməyə çalışmaları sadəcə olaraq butəşkilatın qərəzli mövqeyinin göstəricisidir. (Link).

Bu isə artıq onu göstərir ki, hesabatda təqdim olunan dəlil vəbəyanatlar ziddiyyətli və əsasızdır, buna görə də onlar nələrisəqabardaraq nəyin bahasına olursa olsun, məni nədəsə (Gülür – Red.) –heç özləri də bilmir nədə,  günahlandırmağa çalışırlar.

Qohumluq ilə bağlı suala artıq mən öz şəxsi bəyanatımda vəmüsahibələrimdə aydınlıq gətirmişəm və bir daha bu mövzuya qayıtmağalüzum bilmirəm.

Mənim SOCAR ilə yaranan hər hansı işgüzar münasibətlərimə gəldikdəisə söyləyə bilərəm ki, bu yalnız biznesin səmərəliliyi və etibarlıtərəfdaşlıq prinsipləri üzərində qurulmuşdu.

-Azərbaycan mətbuatında sizinlə bağlı ziddiyyətli məlumatlardolaşır. Gah sizi Rövnəq Abdullayevin qohumu və onun sayəsində hər şeyənail olan adam, gah da SOCAR-a kömək edən istedadlı və uğurlu iş adamıkimi təqdim edirlər. Ancaq razılaşın, Global Witness sizin ünvanınızasəsləndirdiyi ittiham məhz sualın birinci hissəsi ilə bağlıdır.Bəlkə buməsələyə birdəfəlik aydınlıq gətirəsiniz?

- Bu məsələyə dəfələrlə dönmək niyyətim yoxdur. Bu məsələyə şəxsibəyanatımda və “Business Time”jurnalına verdiyim müsahibədə birdəfəlikaydınlıq gətirmişəm.

***

(Redaksiyanın qeydi: Qeyd olunan Şəxsi Bəyanatda (Link) və “Business Time” jurnalına müsahibəsində (Link) Anar Əlizadə onun heç bir vəzifəli şəxslə yaxın qohumluğunun olmaması haqqında məlumat vermişdi).

***

Sadəcə adı çəkilən təşkilat mənim hər hansı yüksək səviyyəli məmurlaqohumluq əlaqələrimi sübuta yetirə bilmədiyi üçün, onlar mənim “digərformada” qohumluq əlaqələrimin olub-olmaması sualını qaldrırlar.Bundanəlavə mənim SOCAR-ın nə keçmiş, nə də indiki yüksək vəzifəli şəxslərinəaidiyyatım yoxdur.Mənim ailə üzvlərimin müzakirə olunmasını isəqeyri-etik bir davranış kimi və artıq şəxsi həyatıma kobud şəkildəmüdaxilə kimi qiymətləndirirəm.

Sualınıza gəldikdə isə, sadəcə təsdiq edə bilərəm ki, mənim SOCAR-ınetibarlı tərəfdaşı və uğurlu gənc azərbaycanlı biznesmen olmağım haqdaməlumat tamamilə həqiqətdir.

(Redaksiya: Biz ötən yazılarımızda səhvə yol verərək,məlumatı yoxlamadan bəzi şifahi mənbələrə istinad edərək, cənabƏlizadənin SOCAR rəhbərliyi ilə hansısa dərəcədə qohumluğunun olmasıhaqda yazmışdıq - (Link).Lakin ötən iki ay ərzində apardığımız jurnalist araşdırmaları bunutəkzib etdi və həmsöhbətimiz qeyd olunan şəxslərlə heç bir qohumluluğunolmaması barədə bizə müvafiq dövlət orqanları tərəfindən verilmiş rəsmiarayışı təqdim etdi. Biz bu sənədə əsasən cənab Əlizadənin hər hansı birvəzifəli şəxslə qohumluq əlaqəsində olmadığını da təsdiq edirik)

- Hesabatda göstərildiyi kimi siz 2012-ci ilə qədərAzərbaycan neftinin dünya bazarlarında satışını təşkil edən “SocarTrading” şirkətinin qurulmasının müəlliflərindən və təsisçilərindən biriolmusunuz. Doğrudanmı SOCAR-ın mütəxəssisləri işə götürmək və özneftini özü satmaq imkanında olduğu halda bu şirkətlə işləməyə ehtiyacıvar idi? Bu ortaqlıqdan Azərbaycan nə qazandı?

- Mən inanıram ki, 2006-ci ildə İstanbulda bizim ümümi dostumuz -tanınmış iş adamı tərəfindən cənab Valeriy Qolovuşkinın mənə təqdimolunması “Socar Trading” şirkətinin qurulması layihəsinin və bulayihənin sonrakı uğurunun başlanğıcı idi. Bir daha bu məsələyə yenidənqayıtmağa ehtiyac yoxdur, çünki bu məsələyə mən əvvəlki müsahibə vəbəyantlarımda aydınlıq gətirmişəm.

Bu barədə mən bir çox şeylər deyə bilərəm, amma hesab edirəm ki,sizin suala ən gözəl cavab verən “Wood Mackenzie” və “Boston ConsultingGroup” (BCG) kimi nüfuzlu beynəlxalq konsaltinq və qiymətləndirməşirkətlərinin müstəqil araşdırmaları,  onların əsasında hazırlanmışhesabatlardır. Sualınıza cavabları şirkətin rəsmi vebsaytından əldə edəbilərsiz. (Link1; Link2)

BCG və “Wood Mackenzie”nin mütəxəssislərinin hesabatlarından müəyyənetmək olar ki, “SOCAR Trading”in təsis olunması və onun 2008-2013-cüillərdə göstərdiyi effektiv marketinq fəaliyyəti nəticəsində Azərbaycanxam neftinin satışından əlavə olaraq 1.7-1.8 milyard ABŞ dollarıməbləğində mənfəət əldə edib və ümumiyyətlə, “Azeri Light”-ınpremiumunun artmasına nail olub.  Bundan əlavə, “SOCAR Trading” üçüncütərəflərlə  treydinq biznesinin inkişafı və BTC boru kəmərindən tranzitgəlirlərinin artması nəticəsində Azərbaycana əlavə olaraq 500 milyon ABŞdolları məbləğində xalis gəlir verib. Mən sizi müstəqil bir jurnalistkimi qeyd olunan hesabatları diqqətlə araşdırmağa və təhlil etməyəçağırıram. Zənnimcə bu, bir çox məsələlərə aydınlıq gətirə bilər.

Onların əsas dəlili guya mənim “Socar Trading”ə cəmi 5 milyon ABŞdollari həcmində sərmayə qoymağım və yüz milyonlarla dollar gəlir əldəetməyim haqda təxribatçı iddiaya söykənir. Lakin nəzərinizə çatdırıramki, əgər 2007-ci ildə mən riskə gedib yeni yaradılmış,  Azərbaycanneftinin marketinqi ilə məşğul olmaqdan savayı hər hansı aydın gələcəyiolmayan,  məhdud maliyyələşdirmə imkanlarına malik olan bir şirkətə 5milyon ABŞ dolları həcmində sərmayə ilə səhmdar qismində daxilolmuşdumsa, 2012-ci ildə artıq nüfuzlu brendə çevrilmiş bu  qlobaltreydinq şirkətində payımı satdım. Bundan əlavə, dəfələrlə qeyd etdiyimkimi, mən 2010-cu ildə “SOCAR Trading” üçün ağır dövrlərdə zərurimaliyyələşdirməni təmin etmişəm. Bu gün tam əminliklə deyə bilərəm ki,bu  dəstəyim həmin şirkətin çətin zamanlarda çökməməsinin əsassəbəblərindən biri olub.

Nüfuzlu beynəlxalq qiymətləndirmə şirkətinin müstəqil araşdırması“SOCAR Trading”in 30 iyun 2012-ci il tarixinə olan dəyərinin satışqiymətindən, yəni mənə məxsus səhmlərin SOCAR-a satışı zamanı müəyyənedilən qiymətdəndəfələrləyüksək olduğunu təsdiq etdi. Hesab edirəm ki,bu, yuxarıda xatırlatdığım təxribatçı iddiaya cavabdır.

Bu məsələ ilə bağlı mən hər dəfə özümə sual verirəm: “Görəsən buhadisə digər xalqın və ya ölkənin nümayəndəsinə, məsələn, QərbiAvropadan olan şəxsə münasibətdə baş versəydi, ona qarşı da  beləmünasibət olardımı?” Yəqin ki, burada artıq ikili standartlar mövzusunaistinad etmək yerinə düşərdi.

-“Socar Trading”i qurmamışdan öncə sizin neft treydinqində və buna aid sahələrdə hər hansı təcrübəniz var idi?

- Bu sualı mənə əvvələr də ünvanlayıblar, ancaq bu sualın əsassız vəməntiqsiz olduğunu düşünürəm. Birincisi, “Socar Trading”in qurulmasızamanı  neft və qaz avadanlığının, ehtiyyat hissələrinin və digərmüxtəlif malların beynəlxalq ticarəti sahəsində kifayət gədər təcrübəmvar idi. Bundan əlavə, həmin vaxtlar mənim xarici ölkələrdə biznesqurmaq təcrübəm də mövcud idi. 

Üstəlik beynəlxalq təcrübədən yüzlərlə misallar gətirmək olar ki,insanlar hansısa sahədə böyük təcrübələri olmaya-olmaya o sahədə böyükuğurlara imza atıblar. Məgər bunda nə isə bir qəbahət vardı? CənabValeri Qolovuşkin kimi yüksək səviyyəli peşakarın dəstəyi sadəcətəşəbbüslərimi, məsuliyyətimi və düzgün yanaşmanı “Socar Trading”innümunəsində şətrləndirdi. Ən başlıcası isə “Socar Trading”lə  bağlıfəaliyyətim əsasən bu şirkətin qurulması təklifini irəli sürməkdən,həyata keçirməkdən və zərurət yarandıqda maliyyə dəstəyi göstərməkdənibarət olub.

Maraqlısı odur ki, mən kommersiya sektorunda böyük uğuru vəqazandığım nailiyyətləri ilk olaraq qeyri-neft sahəsində əldə etmişəm. Hal-hazırda da qeyri-neft sektoru biznesimin və əldə etdiyim gəlirinəsas hissəsini təşkil edir. Azərbaycanda və xaricdə qeyri-neftsektorunda bir sıra böyük layihələri uğurla həyata keçirmişəm. Məhzqeyri-neft sektorundan neft sektorunun bəzi sahələrinə gəlmişəm. Ammaməni tənqid edən və araşdıranlar nəyəsə görə bu haqda danışmırlar,susurlar …

-Belə iddialar var ki, “Global Witness” təşkilatının buhesabatının arxasında müəyyən qüvvələr dayanır? Bu barədə nə deyəbilərsiz?

- “Global Witness” təşkilatının tutduğu mövqedən aydın şəkildəgörünür ki, bu təşkilatın əsas hədəfi təkcə mən yox, ümumilikdəAzərbaycandır. Maraqlısı odur ki, “Global Witness” öz sponsorlarının,himayədarlarının siyahısını gizlədir və bunu açıqlamır. Bu təşkilatınvebsaytına nəzər yetirin. Bəs sponsorlarını və himayədarlarını gizlədənQHT hansı əsasla özünü  şəffaflıq uğrunda mübarizə aparan bir təşkilatkimi təqdim edir? Məgər şəffaflıq nümunəsi ilk növbədə onlarınözlərindən başlamalı deyil? Axı belə şəffaflıq olmadığı halda, biz butəşkilatın, onun mənə və Azərbaycana qarşı kampaniyasının arxasındaermənilərin və onların lobbisinin, yaxud Azərbaycana düşmən olan digərqüvvələrin dayanıb-dayanmadığını necə bilə bilərik?!

Bundan əlavə, “Global Witness” təşkilatının maliyyə hesabatlarınadiqqət yetirməyinizi xahiş edirəm. Siz orada açıq şəkildə görəbilərsiniz ki, bu təşkilatin özünün fəaliyyəti demək olar ki yoxdur.Bunların maliyyə mənbəyi əsasən “xüsusi tapşırıqlar”dan qaynaqlanır.Digər tərəfdən, bunların gündəlik fəaliyətlərinə sərf olunan maliyyə bucür geniş hesabatlar hazırlmağa imkan vermir. Yəni onların bizim ölkəyəqarşı hesabatları çox güman ki, hansısa “sifarişçilərin” tapşırığı vəmaliyyə dəstəyi ilə hazırlanıb.

***

(Redaksiyanın qeydi: “Global Witness”-invebsyatından təşkilatın maliyyə hesabatlarının çap olunmuş versiyası ilətanış olduqda biz də bunun şahidi olduq. Hesabatda bəzi sponsorlarınadları gizlədilib, bəziləri isə hamıya tanınmış şirkətlər vətəşkilatlardır. Bunların əksəriyyəti isə Azərbaycana qarşı həmişəqeyri-səmimi mövqedən çıxış ediblər. Oxucularımızı da həmin sənədlərlətanış olmağa dəvət edirik. Buyurun: Link)

*** 

-“Socar Trading”in fəaliyyətinə rəhbərlik etdiyiniz müddətdəbaşqa treyder şirkətləri tərəfindən rəqabət hiss edirdinizmi? Axıbirdən-birə Azərbaycan neftinin yarıdan çoxunun satış hüququnu əldə edənşirkət meydana çıxır, digər treyder şirkətlərinin bazarına girir vəAzərbaycan xam neftinin satılmasına şərik çıxır...

- Dəfələrlə qeyd etdiyim kimi, mən bu şirkətə bilavasitə rəhbərliketməmişəm və onun fəaliyyətinə heç bir zaman qarışmamışam. Artıq dediyimkimi, mənim “Socar Trading”də rolum “passiv səhmdarlıq” statusu iləməhdudlaşıb.

“SOCAR Trading” isə birdən-birə meydana çıxmayıb. Onun qurulması,fəaliyyəti və sonrakı nailiyyətləri düşünülmüş, uzunmüddətlistrategiyanın bilavasitə nəticəsidir. Öncə adlarını çəkdiyim tanınmışmüstəqil konsaltinq şirkətlərinin hesabatalrına nəzər salsanız o zamanAzərbaycanın özünün milli neft treydinq şirkətini qurması sayəsindəölkəmizə nə qədər böyük fayda və gəlirlərin verilməsini aydın şəkildəmüəyyən edə bilərsiniz.

Amma bununla belə etiraf etməliyəm ki, bizim bu cür nailiyyətimiziniri neft şirkətləri tərəfindən narahatçılığa və hətta qısqanclığa səbəbola biləcəyi də həqiqətdir. Təbii ki, hər  sahədə olduğu kimi, bu sahədədə rəqabət mövcuddur və “Socar Trading” də belə rəqabətlə gündəlikolaraq üzləşir.

-“Socar Trading” şirkətinin fəaliyyəti beynəlxalq auditşirkətləri tərəfindən yoxlanılırmı və əgər yoxlanılıbsa hansı nəticələrvar?

- Bəli, təbii ki, belə yoxlama qaçılmazdır və bunu İsveçrə dövlətininqanunları tələb edir. Şirkət yarandığı vaxtdan audit hesabatlarınıhazırlayıb, İsveçrə dövlətinin müvafiq orqanlarına təqdim edib və vergiöhdəliklərini hər zaman düzgün yerinə yetirib. Qısaca olaraq onu söyləyəbilərəm ki, aparıcı beynəlxalq audit şirkətlərinin yoxlamalarınınnəticələri vaxt ciddi qanun pozuntularının, vergidən yayınma, korrupsiyaəməllərinin və ya hər hansı mənfi məsələlərin mövcudluğunu aşkaretməyib.

-Bildiyimizə görə “Socar Trading”in auditini aparmaq üçün “Wood Mackenzie“ şirkətini də dəvət etmisiniz…

- Xeyir, mən “Socar Trading” şirkətini səhmdar olaraq tərk edəndənsonra SOCAR özü həmin şirkətin fəaliyyətinin nəticələrini öyrənmək üçünaudit təşkil edib. Nəticədə, “Wood Mackenzie” həmin hesabatdaAzərbaycanın öz treydinq şirkətini yaratmasının müsbət nəticələndiyinivə ölkəyə külli miqdarda gəlir gətirdiyini müəyyən edib.

-“Global Witness”in hesabatında sizin SOCAR-la ortaqlığınızınkorrupsiya maraqlarına əsaslandığına dair birbaşa ittiham irəlisürülməsə də, şəffaflıqla bağlı ciddi problemin olduğu iddia edilir.Azərbaycan beynəlxalq  Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulanilk ölkələrdən olub. Lakin indi bu hesabatdan Azərbaycanın neftsektorunda şəffaflıqla bağlı ciddi problemin olduğu qənaəti yaranır.Məlum olur ki, uzun müddətdir SOCAR-la çoxsaylı ortaqlıq münasibətlərinəmalik olan Anar Əliyevi bu hesabata qədər heç kim, o cümlədən həmintəşəbbüsə qoşulan QHT-lər tanımayıb. SOCAR-la ortaqlığınız haqdaictimaiyyət niyə məlumatlı deyildi?

- Bu cür ittihamlar yanlış və əsassızdır. Əslində mən heç vaxtgizlənməmişəm. “Socar Trading” şirkətinin adını internetin axtarışsistemlərində yazdıqda şirkətin qurulduğu andan, yəni 2007-ci ildənDirektorlar Şurasının üzvü mənim adıma  rast gəlmək olardı.Bu məlumathər zaman ictimaiyyətə açıq olub və gizlədilməyib.Həmin məlumat həmişəSOCAR-ın rəsmi vebsaytında olub. Bundan artıq şəffaflıq ola bilərmi?

O ki qaldı fəaliyyətimlə bağlı geniş ictimaiyyətə məlumatınverilməməsinə, burada müəyyən səbəblər var. Əsas səbəb - şəxsi həyatımıntoxunulmamazlığı (privacy) və  ailə üzvlərimin KİV-in müdaxiləsiolmadan rahat həyat tərzi sürmələri idi. Artıq sirr deyil ki, hesabatdərc olunandan sonra şəxsi həyatıma və biznes fəaliyyətimə KİVtərəfindən kütləvi müdaxilələr müşahidə olunur.Bəzi yerli və xarici KİVnümayəndələrinin fəal dəstəyi ilə mənim mənfi imicimi formalaşdırmaqsəyləri var. Bu isə öz növbəsində şəxsən mənim və ailəmintəhlükəsizliyinə mənfi təsir göstərir. Azərbaycanda özümüzü təhlükəsizhiss etsək də,  “Global Witness” və bəzi KİV tərəfindən yaradılan bu cürmənfi “populyarlıq” və “qeyri-rəsmi milyonçu” obrazı xaricdə bir çoxcinayət dairələrinin diqqətini cəlb edə bilər. Bu da mənim və ailəminxaricdə təhlükəsizliyinin təmin olunmasına bilavasitə təsir edir.

Bundan əlavə, mən təbiətcə ictimaiyyətdən və bu cür populyarlıqdanhər zaman qaçmışam, uzaq olmağa çalışmışam. Amma göründüyü kimi, bunumənə qarşı mənfi istiqamətdə geniş istifadə edirlər.

Maraqlısı odur ki, bu cür təşkilatlar əsassız olaraq məni heç özləridə müəyyən edə bilmədikləri qanun pozuntularında günahlandırırlar. Məgərözünü fəal şəkildə reklam etməmək qeyri-şəffaflıq və ya gizlənməkanlamını verir? Yaxud bu nə vaxtdan qanun pozuntusu hesab olunur? Yaxşıolardı ki, başqalarını əsassız olaraq ittiham etməzdən öncə butəşkilatda oturanlar özləri, sponsorları və himayədarları haqqındaictimaiyyətə ətraflı və şəffaf şəkildə məlumat versinlər.

-Hesabatda göstərilən və özünüz tərəfindən də təsdiq edilənfakta görə “Socar Trading” şirkətindəki payınızı SOCAR-a satmısınız, həmdə hazırda Azərbaycan neftinin satışında heç bir iştirakınızınolmamasını iddia edirsiz. Bunu təsdiq edə bilərsiniz?

- Bəli, təsdiq edirəm ki, hazırda mənim “Socar Trading” şirkətindəheç bir payım yoxdur. Mənə məxsus səhmlər təsis müqaviləsininmüddəalarına əsasən SOCAR-a bazar qiymətindən də aşağı qiymətə gerisatılıb. “Socar Trading” şirkətinin həmin satış zamanı dəyərinin qat-qatyüksək olması müstəqil beynəlxalq audit və qiymətləndirmə şirkətləritərəfindən artıq təsdiq olunub. Payların alqı-satqısı barəsində müqavilə2012-ci ildə imzalandı və SOCAR mənə payların dəyərini ödəməyərazılaşıb və payların dəyərinin tam ödənişi hələ də baş tutmayib.

-Azərbaycan neftinin satış hüququnu əldə etmiş digər xaricişirkət olan “Sumato Energy Group”la hansı bağlılığınız var? Məsələn,sizin İsveçrədə ikigünlük otel xərcinizin “Sumato Energy”-ninnümayəndəsi tərəfindən ödənilməsini bildirirlər…

- Bu cür qərəzli və təxribat səciyyəli məlumatın geniş yayılması,buna xüsusi diqqətin yönəldilməsi müəyyən məqsədlər daşıyır. İlk növbədəməqsədləri mənim barəmdə mənfi imicin formalaşdırılması, ictimaiyyətinbəzi şişirtmələrlə çaşqınlığa salmalarıdır.

Cenevrədə mənim otel xərcimin ödənilməsinə dair iddialara qaldıqdaisə hesabatda aydın şəkildə qeyd olunur ki, bu  faktlar guya tanınmışhaker qrupu tərəfindən internetdə yerləşdirilən məlumatlardan əldəedilib.Bundan əlavə, iddia olunur ki, həmin haker qrupuna bu cürziddiyyətli və təxribatçı məlumatların internetdə yerləşdirilməsinə dairsifarişi məhz düşmən ölkənin xüsusi xidmət orqanları verib. Beləməlumatın nə dərəcədə əsassız və hüquqi baxımdan düzgün olmaması heç birşübhə yaratmamalıdır.

- Digər müəmmalı şirkət-UGE Lancer barədə. 2011-ci ildəBalaxanı-Sabunçu-Ramanı və Kürdəxanı yataqlarının işlənməsinə dair buşirkətlə PSA müqaviləsini parlamentdə təqdim edəndə,SOCAR onu xaricişirkət adlandırdı.Lakin hesabatda göstərilib ki, UGE Lancer şirkətinində sizinlə bağlılığı var. Necə oldu ki, sizə bağlı olduğu deyilən şirkətbu ortaqlıq üçün seçildi?

- Burada müəmmalı heç nə yoxdur və qeyd olunan şirkət həqiqətən dəxaricdə təsis edilib, mənim şirkətlər qrupuma daxildir və onun xaricibir şirkət kimi təqdim olunması da təbiidir.

Nəzərinizə çatdırmaq istərdim ki, iri neft şirkətlərin maraqlarıəsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iri neftyataqlarına yönəlib. Əsas səbəb isə bu cür yataqların yeni olması, həmdə onların neft və təbii qazla zəngin olmasıdır.Quruda yerləşən əksərneft yataqlarına gəldikdə isə, bunlar əsasən Sovetlər dönəmindən mirasqaldığından tükənib, yararsız vəziyyətə salınıb, infrastrukturu bərbadhala düşüb… Təbii ki, bu cür yataqlar əksər xarici investorlar üçünkommersiya baxımından maraqlı deyil.

Qeyd etdiyim kimi, Azərbaycanda PSA müqavilələri üzrə təcrübə yalnızmüvafiq sorğu və danışıqlar nəticəsində həyata keçirilir. Bu məqsədlərüçün hər hansı tender və ya müsabiqə prosedurları qanunvericiliklənəzərdə tutulmayıb.

Bizim verdiyimiz təklif yerinə düşdü və SOCAR tərəfindən cəlbedicisayılaraq qəbul edildi. Bu gün həmin qərarın uğurlu olduğu öz təsdiqinitapır. Şirkətimin uğurlu fəaliyyəti nəticəsində neftin hasilatı deməkolaraq ki, iki dəfə artırıldı və mən investor kimi üzərimə düşən bütünöhdəlikləri tam olaraq yerinə yetirmişəm. Müqayisə edə bilərsiniz, artıqbu yataqlarda effektiv infrastruktur yaradılıb, işçilərin şəraiti xeylidərəcədə yaxşılaşdırılıb. Digər oxşar quruda olan neft yataqlarındaolan infrastruktur və işçilərin şəraiti ilə müqayisədə, bu yataqlardavəziyyət dəfələrlə yaxşıdır. Məsələn, aparılan işlər saytımızda əksedilmiş şəkillərdə də öz təsdiqini tapır. (Link).

Bundan əlavə, həmin neft yatağı bizim şirkət tərəfindən alındıqdansonra orada heç bir kütləvi ixtisar müşahidə edilməyib. Əksinə, yeniişçilər götürmüşük. Bu gün belə effektiv idarəçilik iri xarici neftşirkətləri də daxil olmaqla heç bir başqa oxşar qurumlarda müşahidəolunmur.

Bir məqamı da nəzərinizə çatdırım.Bizim şirkət hətta sosialproqramlarlar əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.Yaxın gələcəkdə 18 işçimiz və onların ailələri yeni mənzillərlə təminolunacaqlar.Gələcəkdə daha 300 ailəni bu cür yeni mənzillərlə təminetməyi planlaşdırırıq. Artıq inşaat işləri gedir.Nəzərinizə çatdırım ki,qeyd olunan sosial proqramlara sərf olunan vəsaitlər mənim şəxsi xalismənfəətimdən ayrılır.

***

(Redaksiyanın qeydi: Digər şirkətlərdən fərqliolaraq, həmsöhbətimiz sosial proqramları şəxsi xalis mənfəəti hesabınahəyata keçirir və maliyyələşdirir. Həqiqətən də təqdirə layiq haldır ki,digərlərindən fərqli olaraq, sosial proqlamlar şirkətin gəliriniazaltmır...Biz həmçinin Anar Əlizadənin söylədiklərini təftiş etmək üçünbəhs olunan neft sahələrinə baş çəkdik .Həqiqətən də işçiləringeyimindən tutmuş iş şəraitinə qədər müsbət dəyişiklilklər aydınsezilir. Yeri gəlmişkən, bir çox müstəqil QHT-lər bu müsbət tendensiyanıhesabatlarında qeyd edirlər…)

Məgər bu bizim nailiyyətlimizin təzahürü deyilmi? Məgər SOCAR həminsahəni bizə verməklə səhv edib?Hər sualın cavabını zaman və əldə olunmuşnailiyyətlər verir.Fikrimcə, zaman bu suala müsbət cavabını artıqverib.

***

- Azərbaycanın yanacaq doldurma xidmətləri bazarında özsözünü demiş “Socar Petroleum” şirkətinə sizin nə aidiyyatınız var?Doğrudanmı Siz bu sahədə də təmsil olunmusunuz?

- Bəli, mənim bu şirkətdə iştirakım olub. Bu layihədə iştirak etməktəklifini biz birbaşa SOCAR-dan aldıq. Bu təklifin də bizə gəlməsinigənc və istedadlı kadrlardan ibarət peşakar komandamın fəaliyyəti,peşakar mütəxəssisləri iş prosesinə cəlb edərək onlara yüksək əməkhaqları ödəməklə uğurlu təcrübəmizin olması, işə verdiyimiz meyarlarşərtləndirmişdi. Bundan əlavə, “Socar Petroleum”un işi üçün çox vacibsayılan və məhz mənim “A.P. İnternational” şirkətimə məxsus olanAzərbaycanda yerləşən bəzi aktivlər və hazır infrastruktur idi.

Şirkət qurularkən bu layihənin bizim üçün uğurlu və gəlirli olacağınainanırdıq.Tərəfimizdən həmin şirkətə külli miqdarda sərmayyələrqoyuldu, şirkətimə məxsus aktivlər həmin şirkətə ötürüldü və mənimmaliyyə dəstəyimlə yeni yanacaqdoldurma stansiyalarının tikilməsinəimkan yaradıldı.Yeri gəlmişkən, şirkətin fəaliyyəti boyu illər ərzindəmənə bir təsisçi kimi heç bir dividend ödənilmədi.

Lakin, 2013-cü ildə SOCAR şirkəti “Socar Petroleum”-da mənə məxsuspayların ona satılmasını təklif etdi. Müvafiq danışıqlardan sonra mənpaylarımı satmaq qərarına gəldim. “SOCAR Petroleum”a 7 il ərzindəyatırdığım vəsaitlər və aktivlərqismən nəzərə alınaraq oradakı payımısırf balans dəyərinə və real bazar qiymətindən aşağı qiymətə satmaqtəklif olundu. Bu cür qiymət fərqi müstəqil qiymətləndirmə üzrə audithesabatı ilə də təsdiqlənir.

Eyni zamanda xüsusi olaraq qeyd etmək istərdim ki, paylarınalqı-satqı müqaviləsi imzalandıqdan qısa müddət sonra, Azərbaycandayanacağın qiyməti qalxdı. Bu da həmin şirkətin gəlirlərini və dəyərinidəfələrlə artırdı. Beləliklə, SOCAR-a ötürülmüş və əvvəl mənə məxsuspayların dəyəri də dəfələrlə artmış oldu. 

-“Global Witness” sizin direktor, yaxud təsisçi olaraqadınızın keçdiyi şirkətlərin SOCAR-la ən azı 48 sövdələşmədə tərəfdaşqismində keçdiyini bildirir.Bu mürəkkəb tərəfdaşlıq münasibətləri haqdanə deyə bilərsiz? Həm də bu cür tərəfdaşlığı Siz nə cür əldə etmisiniz,bu sövdələşmələrlərə bağlı hansısa tender keçirilibmi?

- Bu həqiqətə uyğun deyil.Artıq buna öz şəxsi bəyanatımda və“Business Time” jrunalına müsahibəmdə aydınlıq gətirmişəm. Mən heç birzaman qeyd olunan sayda layihələrdə və birgə müəssisələrdə iştiraketməmişəm.Hal-hazırda bu cür layihələrin sayı 7-ni keçmir və bunlarınhamısı həmişə SOCAR-ın rəsmi vebsaytında açıq- aşkar elan olunub.

Maraqlısı odur ki, bunlar layihələrin uydurma sayına diqqətyetirirlər, ancaq kommersiya baxımından cəlbedici olmaması səbəbindənSOCAR-la bir çox layihələrdənçıxmağım haqqında heç bir qeydetmirlər.Məsələn, məhz həmin səbəblər üzündən mənim Gürcüstanda,Rumıniyada və Türkiyədəki bəzi layihələrdən çıxmağım haqda bir kəlməbelə yazılmır.

Həmin ölkələrdəki layihələrdən çixmaq istəyi mənim tərəfimdənhesabatın dərc olunmasından xeyli öncə bildirilmişdi və başvermişdi.Lakin bu proseslər mürəkkəb olduğuna və uzun çəkdiyinə görəhəmin şirkətlərdən effektiv şəkildə çıxmağım və maraqlarımın qorunmasıüçün müstəqil hüquqşünaslar cəlb olunmuşdu. Bu gün isə məndən həminşirkətlərdə olmadığım haqda məlumatlar istəyirlər, əslində isə bu cürsorğular mənə yox, SOCAR-a ünvanlanlmalıdır. Bildiyimə görə bu cürməlumatlar hətta SOCAR-ın ictimaiyyətə açıq olan maliyyə hesabatlarındanda əldə oluna bilər.

“Global Witness”-in hesabatında bu qədər çox sayda şirkətlərin vəlayihələrin guya mənə aid olduğunu iddia etməkdə əsas məqsəd məsələnişişirdərək onun ətrafında böyük qalmaqal yaratmaq idi. Güman etmək olarki, onların mənim SOCAR-la münasibətlərimə də mənfi təsir etməkniyyətləri var. Şübhəsiz ki, onlar bu cür taktika ilə məni genişictimaiyyətə tam neqativ imicdə təqdim edə biləcəklərini çox gözəlanlayırdılar.

Adı keçən təşkilatlar mənə daim SOCAR tərəfindən tenderprosedurlarının necə keçirilməsi ilə bağlı suallar verir. Bu sualaqısaca cavab olaraq  qeyd etmək istərdim ki, bir çox sahələrdətenderlərin keçirilməsi tələb olunmur.Və bunu həmin təşkilatlar çoxgözəl bilir. Məsələn, hasilatın pay bölgüsü üzrə sazişlər (PSA) yalnızbirbaşa SOCAR-la sorğu-müzakirə metodu üzərində qurulub və buAzərbaycanda bütün mövcud PSA-lara şamil olunur.Bundan əlavə, bu şəxslərAzərbaycan qanunları ilə bağlı peşəkar məsləhət almağa belə cəhdetmirlər.Mənə tez-tez SOCAR-la birgə müəssisələri niyə tendersizqurduğum haqda suallar verirlər. Amma eyni zamanda Azərbaycanqanunvericiliyini və SOCAR-ın daxili satınalmalar qaydalarını nəzərdənkeçirmək istəmirlər. Məhz Azərbaycan qanunvericiliyi birgə müəssisələrüçün hər hansı tender və ya müsabiqənin keçirilməsini nəzərdə tutmur.Onların hüquqa yox, uydurma fərziyələrə və istədikləri arqumentlərəistinad etməkləri bir daha onların qərəzli mövqelərinin göstəricisidir.

Ən əsası - axı bu sualı niyə məhz mənə ünvanlayırlar? Bu sual bilavasitə SOCAR-a ünvandırılmalıdır! 

- Əvvəlki bəyanatlarınızda sizi ittiham edən həmin xariciQHT-ni məhkəməyə vermək niyyətinizin olduğunu bildirmişdiniz. Buniyyətiniz qalırmı və əgər qalırsa iddia ərizəsi nə zaman Londonməhkəməsinə təqdim olunacaq?

- Bəyan etdiyim kimi bu məqsədlə peşəkar hüquqşünaslardan, maliyyə vəaudit ekspetlərindən ibarət beynəlxalq komanda mənim tərəfimdən işəcəlb olunub.

Artıq hüquqşünaslarım tərəfindən “Global Witness” təşkilatına məhkəməprosesinə cəlb oluna biləcəkləri perspektivi haqda xəbərdarlıq təqdimolunub. Prosesin başlanıb -başlanmaması, zərurət və zamanı haqda qərarıhüquqşünaslarım verir. Amma onu da qeyd etmək istərdim ki, adı keçəntəşkilat öz bəyanatlarında və növbəti müsahibələrində məni hansısa qanunpozuntusunda günahlandırmadığını bəyan edir. (Link)

***

(Redaksiya: Görəsən, bu nə deməkdir!?Əsassız və zəif arqumentlərə istinad edən “Global Witness” geri çəkildimi!?)

***

-Yəqin ki, qlobal biznesdə tendensiyalara yaxından bələd olaniş adamı kimi son dövrlər ofşor mexanizmlərdən istifadənin dərhalkorrupsiya şübhəsi yaratdığını bilirsiniz. Xüsusən də qlobal maliyyəböhranından sonra ofşor zonalarda gizlədilmiş pullar məsələsi dünyadaaktuallaşdı.Belə olan halda SOCAR-la tərəfdaşlıq münasibətlərinizi vəbiznesinizin digər sahələrini mürəkkəb ofşor mexanizmlər üzərində qurmaqhansı üstünlüklər verir?

- Bu məsələdə bir az yanılırsız, çünki mən SOCAR-la əməkdaşlığımdaheç bir zaman klassik ofşor strukturlardan istifadə etməmişəm. Mənimqurduğum holdinq dünyanın ən nüfuzlu və şəffaf yuridiksiyalardan birisayılan Sinqapurda təsis edildi və bundan dərhal sonra onun Azərbaycandanümayəndəliyi açılaraq yerli dövlət orqanlarına bu haqda məlumatverildi.Bundan əlavə, mənim xaricdə qurduğum həmin holdinqin xalismənfəəti öz tərəfimdən Azərbaycanda bəyan olunub və bundan bütün zərurivergilər ödənilib.

***

(Redaksiyanın qeydi:Həmsöhbətimiz bizi şokasalan bir sənəd təqdim etdi. Sənəddən məlum olur ki, həmsöhbətimizinxaricdə belə əldə etdiyi gəlirdən Azərbaycan dövlət büdcəsinə küllimiqdarda vergi ödəyir. Etiraf edək ki, Azərbaycanda bu çox nadir haldır...)

***

Yəni bizim öz fəaliyyətimizdə ofşor strukturlardan istifadə edərəkvergidən yayınmaq, nəsə gizlətmək və hər hansı cinayət xarakterliəməliyyatları həyata keçirmək məqsədlərimiz olmayıb. Xaricdə qurulanşirkətlərdən istifadə etməyimizin səbəbləri çoxdur. Məsələn, beləstrukturdan istifadə etməyimiz bizə xarici tərəfdaşlarla asan beynəlxalqticarət əlaqələrinin qurulması imkanlarını yaratdı. Əgər biz sırfAzərbaycan şirkətləri kimi fəaliyyət göstərsəydik, o zamanqanunvericiliklə müəyyən olunmuş bir çox məhdudiyyətlərlə (valyutarejimi, idxal və ixrac, xüsusi razılıqlar və s.) qarşılaşa bilərdik.Bundan əlavə, xarici strukturlardan istifadə etməyimiz bizə xaricibanklara asan çıxışı təmin etdi və bu da işimizi effektiv qurmağaimkanlar yaratdı.

Bundan əlavə, əldə etdiyim qazancın böyük bir hissəsini məhzAzərbaycana sərmayə şəklində yönəldirəm və artıq qeyd etdiyim kimi,ölkəmizin qeyri-neft sektorunda böyük biznesim var. Bütün bunlar mənəAzərbaycanda yeni iş yerlərinin yaradılmasına və büdcəyə külli miqdardavergilərin ödənilməsinə imkan yaradır.

Gördüyünüz kimi, bizim fəaliyyətimizlə bağlı hər hansı bir neqativ haldan danışmağa ciddi bir əsas yoxdur.

***

(Redaksiya:Həqiqətən, əgər bu şəxsin nəsəgizlətmək məqsədi var idisə, onda xaricdə qurulan strukturun başındaduran ana şirkətin Azərbaycanda nümayəndəliyi nə üçün qurulurdu? Vəbütün xarici şirkətlərin strukturları Azərbaycanda bəyan edilərək, niyəbu qədər vergi ödəyib? Bu cür suallar həqiqətən bizdə çaşqınlıq yaradırvə həmsöhbətimizin mövqeyinin əsaslı olmasına daha böyük inamyaradır...)

- Bildiyimizə görə şirkətiniz AĞ Şəhər layihəsində də iştirakedir. Siz hansı əsaslarda bu layihədə iştirak edirsiniz?Şirkətlərinizin seçilməsi nə cür baş verdi?

- Azərbaycan “Ağ Şəhər” layihəsinə rəsmi olaraq 2009-cü ildə prezidentin fərmanına əsasən start verib (Link).Bu layihəyə dair reklam kampaniyası həm Azərbaycanda, həm də xaricdəgeniş şəkildə vüsət alıb.Həmişə bəyan etdiyim kimi, əsas gəlirimiAzərbaycana reinvestisiya etmək niyyətim olduğundan, layihə elanolunduqdan sonra biz layihə menecerlərinə öz marağımızı çatdırdıq. Həminlayihə bütün yerli və xarici investorlar üçün açıq olduğundan bizimtəklif də çox gözəl qarşılandı.

Bildiyiniz kimi “Ağ Şəhər” layihəsi əvvəlcədən planşdırılmışlayihədir. Orada investorların imkanları və gücləri nəzərə alınmaqlatəsdiq olunmuş Baş Planın bu və ya digər hissələri təklif olunur. Bizəverilən təkliflər sırasında ofis binasının inşası layihəsini seçdik.Buməqsədlər üçün biz heç kəsdən gizlənmədən Azərbaycanda yerli şirkətqurduq və mənim şirkətlər qrupumun ana şirkəti həmin yerli şirkətin tamolaraq payçısı oldu.“Ağ Şəhər” layihəsinə investorların dəvət olunmasıvə ona qoşulması tamamilə  asan, aydın və şəffaf  prosesdir.Mən bulayihədə iştirakımı gizlətmək niyyətim olsaydı, o zaman, mənə məxsus anaşirkətin əvəzinə ofşor şirkətlərdən birini istifadə edərdim.

***

-Sizin bundan əvvəlki müsahibələrinizdə danışdıqlarınızda ilkbaxışdan hər şey yaxşı alınır: “Sovet İttifaqının dağılmasından sonraTürkiyə ilə Azərbaycan arasında sərhədlər açıldı, mən Türkiyədən geyim,ərzaq məhsulları gətirməyə başladım... Elə həmin vaxtlardan Azərbaycanafəal şəkildə avtomobil də idxal etməklə məşğul oldum”. Axı siz həminvaxtlarda cəmi 12-14 yaşlarında olardınız, elə deyilmi? Bu yaşda daxarici ticarət fəaliyyəti ilə məşğul olmaq ağlabatan görünmür. Buməsələyə aydınlıq gətirə bilərsiniz?

Ya mən sizin sualın bir təxribat olduğunu və ya sizin sadə arifmetik hesablar apara bilmədiyinizi iddia etməliyəm (Red – Gülümsəyir).Mənim hal-hazırda 37 yaşım var. Bu müsahibədə ümumi abstrakt şəkildəqeyd olunur ki, SSRİ dağıldıqdan sonra sərhədlər açıldı və Türkiyə iləgeniş ticarət əlaqələri quruldu. Mən bu cür fəaliyyətə 90-ni illərinsonlarında mənim artıq 20-dən artıq yaşım olduğu zaman məşğul olmuşam.Təbii ki, mən anlayıram ki, mənim belə cavan yaşlarımda uğur qazanmağımbir çoxları üçün inandırıcı görsənməsədə - bu həqiqətdir, və bir çoxhallarda sadəcə qısqanclıq yaradaraq, bu cür təxribat xarakterlibəyanatlar irəli sürməyə sövq edir.

-Bir daha keçmişə, biznesə yeni başladığınız dövrlərəqayıdaq. Müsahibələrinizdə onu da demisiniz ki, 2000-ci illərinəvvəllərində Bakıya köçəndən sonra “Gənclik” metrosunun ətrafında torpaqsahələri və şəxsi evlər alıb daşınmaz əmlak biznesinə girdiniz. Hansıki, yaşınız o vaxt 20-dən bir az çox olardı. Sizə elə gəlmirmi ki, həminyaşda iri bizneslə məşğul olmaq güclü himayəçi olmadan mümkün deyil,xüsusən də Azərbaycanda? 90-cı illərdə təsadüfən iri məbləğ qazanmaqolardı, ancaq 2000-ci illərdə...

- Bəli, təsəvvür edin ki, olardı və bu baş tutdu. Buna mənim ailəmindəstəyi səbəb oldu. Ailəmin Naxçıvandan Türkiyəyə avtomobil daşımalarıilə məşğul olan biznesdən əldə olunan kapital və o vaxtkı şərait də mənəyardımçı oldu. Bütün bunlar kənardan himayə və dəstək olmadan başverdi. Mən əminəm ki, ictimaiyyətə tanınmağıma sərf edəcək vaxt vəresurslarımın biznesimin inkişafına yönəltməyim və əldə etdiyim qazancınsəmərəli istifadə etməyimmənim uğurumun əsas səbəbi idi.Sizi inandırımki, Azərbaycanda bu cür gənc yaşlarında qanuni yollarla və hər hansıhimayə olmadan biznesdə böyük nailiyyətlər əldə edən insanların sayıhəddindən artıq çoxdur.

Sadəcə onların üzə çıxmamasının səbəbi sizlərdən – medianümayəndələrindənçəkinmələri ilə əlaqəlidir. Onlar medianümayəndələrinin fəal, bəzən də çirkli üsullardan istifadə edərək bu cürinsanları ləkələməsindən çəkinirlər. Heç bir insan razı olmaz ki, media onun əldə etdiyi nailiyyətləri şübhə altına alsın. Çünki bu, onunişinə, biznesinə bilavasitə təsir edə bilər. Bu isə bizim kimi gəncbiznesmenlər ictimaiyyətdən və KİV-dən uzaq olmasının əsas səbəbidir.

-Deyirsiniz ki, hər şeyə özünüz nail olmusunuz. O zaman sizəböyük şöhrət və pul gətirən neft biznesinizin çiçəklənməsi niyə məhzRövnəq Abdullayevin SOCAR-a başçılıq etməsindən, yəni 2007-ci ildənsonraya təsadüf edir?

- Bu səhv bir fikirdir, bu cür bəyanatlar – açıq təxribatdır. MənSOCAR-da heç zaman çalışmamışam və orada vəzifə tutmamışam. MənimSOCAR-la əməkdaşlığım Rövnəq Abdullayevin şirkətin prezidenti olmasındanəvvəlki dövrə, 2002-ci ilə təsadüf edir.Hələ o vaxtdan SOCAR məni biretibarlı tərəfdaş kimi qəbul edirdi. Bir çox iri layihələrdə iştirakımməhz Rövnəq Abdullayevin SOCAR-ın prezidenti vəzifəsinə təyinolunmasından öncə baş verib. Sadəcə olaraq, R.Abdullayevin prezidenttəyin olunmasından sonra mənim SOCAR-la uğurlu əməkdaşlığım davametdirildi. Deməli həmin qohumluq iddiası mənə qarşı fəal şəkildəistifadə olunan qara piardır.

-“Business Time” jurnalına müsahibənizdə demişdiniz ki, SOCARnefti dünya bazarlarına xarici şirkətlər vasitəsilə çıxaranda bu,Azərbaycana qarşı müəyyən təzyiq mexanizmləri yaradırdı.Əgər Siz treyderşirkətləri barədə danışırsınızsa, o zaman onlar nefti ixrac edənölkələrə hansı siyasi təsir göstərmək imkanlarını qazana bilər? Axıəksinə, bu şirkətlər bir qayda olaraq nefti ixrac edən ölkələrləəməkdaşlığa can atırlar. Sizdə hansısa xarici treydinq şirkətininAzərbaycana hansısa təzyiq etməsi ilə bağlı məlumat varmı?

- Əslində sizin söylədikləriniz həqiqətdən uzaqdır.Dediklərimhəqiqətdir, çünki Azərbaycan reallıqda bununla üzləşib.Həmin şirkətləreyni cəbhədən çixış edərək, vahid mərkəzlərdən idarə olunaraqAzərbaycandan ümumiyyətlə xam neftinin alınmaması ilə təzyiqlərgöstəriblər. Bunun nəticəsi olaraq Azərbaycanda müəyyən vaxtlarda küllimiqdarda xam neft toplanırdı və bu da mənfi iqtisadi nəticələrəgətirirdi. Bundan sui-istifadə edərək həmin şirkətlər həm özlərinəəlverişli şərait yaradırdı, həm də siyasi nöqteyi-nəzərdən Azərbaycanınenerji sahəsində söz sahibi olmağına mane olurdu. Bunu bir azaraşdırsanız söylədiyimin həqiqət olduğunda əmin ola bilərsiniz.

Bundan əlavə, bir maraqlı faktı da nəzərinizə çatdırım ki, Azərbaycantərəfi öz neft treydinqi şirkətini yaradıqda bütün iri xaricişirkətlərə müraciət etdi. Lakin, həmin aparıcı şirkətlər bu təklifərazılıq vermədilər. Niyə?! Bu isə artıq bir çox suallar yaradır. Sualıncavabı məncə asan ola bilər, çünki onların Azərbaycanla birlikdə neftsatışına bərabər şəkildə nəzarət etmək və gəlirləri bölmək niyyətləriheç zaman olmayıb. “Socar Trading”in təcrübəsi bizim nə gədər düzgünyolda olmağımızın və təşəbbüsümüzün nə dərəcədə uğurlu olmasınıngöstəricisidir.Mən isə bu gün onunla qürur duyuram ki, ölkəm üçün bu cürnəticələrin əldə olunması prosesinin iştirakçısı olmuşam.

- “Global Witness”in hesabatından sonra şəffaflıqla bağlışübhələrə son qoymaq üçün hansı addımlar atmağı nəzərdə tutursunuz?Müsahibələriniz  sayəsində nəhayət “gizli fiqur” imicinindən azad olabildiniz, bəs “Global Witness” ilə, yerli vətəndaş cəmiyyətitəsisatları, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü ilə əməkdaşlıqperspektivləri necə, mümkündürmü?

- Bəyan etdiyim kimi, mən heç bir zaman gizlənməmişəm. Qanuna tabeolan bir Azərbaycan vətəndaşı olmuşam. Azərbaycanda və hətta xaricdəəldə etdiyim mənfəət üzrə bütün vergi öhdəliklərimi tam şəkildə yerinəyetirmişəm.Mənim qurduğum holdinq şirkəti tanınmış və şəffafmərkəzlərdən biri sayılan Sinqapurda bütün öhdəliklərini  yerinəyetirir, orada illik auditdən  keçirlir.Həmin holdinq şirkətininnümayəndəliyi Azərbaycanda qurulub və Azərbaycan orqanlarına bəyanolunub.Tam əminliklə söyləyə bilərəm ki, mənim qurduğum şəffaf biznesmodeli Azərbaycanda ilk nümünələrdəndir.

Qeyd etdiyiniz strukturlar ilə əməkdaşlığa lüzum görmürəm. Çünkionların qeyri-obyektiv mövqeləri göz qabağındadır. Onlar mənim verdiyimaçıqlamarın, müsahibələrin və bəyanatların demək olar ki, heç birini özvebsaytlarında yerləşdirmir. İlkin olaraq mənim “Business Time”jurnalına müsahibəmi götürək, hansı ki, orijinalda iki dildə -Azərbaycan və İngilis dillərində çap olundu və mənim hüquqşünaslarımtərəfindən Global Witness-ə təqdim olundu. Lakin, onlar həminmüsahibənin öz vebsaytlarında rus dilinə rus dilli kütlə üçün olantərcüməsini yalnız yerləşdirdilər.Mənim şəxsi vebsaytımda verilənməlumatlar bu təşkilat tərəfindən heç zaman nəzərə alınmadı. Onlarözlərini güclü, obyektiv və ədalətli araşdırma təşkilatı adlandırır.Ancaq qeyd etdiyim kimi, mənə və Azərbaycana qarşı qərəzli mövqeləribunun əksini sübut edir. Lakin işlərim haqda ictimaiyyətə məlumatverməyə davam edəcəm. Bu məqsədlər üçün sosial şəbəkələrdən genişistifadə olunacaq və şəxsi vebsaytım da artıq işləyir.Neytral vəqərəzsiz mediaya da öz növbəti müsahibələrimi verməyə hazır olduğumubəyan edirəm.

- Hesabatda göstərilən və özünüzün də təsdiq etdiyiniz faktaəsasən Socar Trading şirkətindəki payınızı SOCAR-a satmısınız vədeyirsiniz ki, hazırda Azərbaycan neftinin satışında heç bir iştirakınızyoxdur. O zaman səhmlərinin yarısı SOCAR-a məxsus olan “Socarİnternational DMCC” şirkətində sizin ortaqlığınız barədə nə deyərdiniz?Cünki iddia olunur ki, bu şirkət nefti məhz sizin adınızla bağlı olanofşor şirkət üzərindən satır...

- Bəli, təsdiq edirəm ki, hazırda mənim “Socar Trading” şirkətindəheç bir payım yoxdur. Mən dəfələrlə qeyd etmişəm ki, Azərbayca neftininsatışı prosesinə heç vaxt müdaxilə etməmişəm, və mənim rolum ancaqpassiv təsisçiliklə məhdudlaşıb. Bir daha qeyd etmək istərdim ki,Azərbaycan neftinin satış hüququ yalnız SOCAR-a məxsusdur.

“Socar International DMCC”yə gəldikdə isə bu şirkətdə hal-hazırdamənə məxsus pay yoxdur. Bu şirkətə aidiyyatımın olmadığını müvafiqsorğuları göndərməklə və qeyd olunan şirkətin qeydiyyatı üzrə hüquqişəxslərin reyestrini yoxlamaqla asanlıqla sübut etmək olar. Bundanəlavə, SOCAR-nin rəsmi vebsaytında yerləşdirilmiş maliyyə hesabatlarındahəmin şirkətin tam olaraq SOCAR-a məxsus olduğu da təsdiq olunur.

Bu şirkətin hansı səbəblərdən yaradılmasına dair sualları onunfəaliyyətinə cavabdeh olan  SOCAR-a təqdim etmək daha məntiqli vəsəmərəli olardı. Amma sualınızı cavabsız qoymamaq üçün bu şirkətinqurulmasının hansı zərurətdən doğmasını sizə söyləyə bilərəm.

Biz SOCAR-la  birlikdə “SOCAR Trading”in uğurlu təcrübəsindənistifadə edərək, SOCAR brendi altında Birləşmiş Ərəb Əmirliklərindədigər törəmə şirkəti yaratmaq qərarına gəldik.

Bu şirkətin əsas məqsədi Azərbaycanın treydinq biznesinin Yaxın Şərqregionunda inkişaf etdirilməsindən ibarət idi. “SOCAR InternationalDMCC” BƏƏ-də Fuceyra terminalının birinci fazasınınyekunlaşdırılmasından bir neçə ay əvvəl yaradılıb.Fuceyra Yaxın Şərqdənolan investorla birlikdə həyata keçirilən birgə layihədir.Fuceyraterminalının tikintisi treydinq biznesinin inkişafı üçün nəzərdətutulub.

Mənim isə “Socar İnternational DMCC” şirkətində tərəfdaş seçilməyiminəsas səbəbi BƏƏ-də  artıq formalaşmış biznesimin, ofislərimin və işçiheyətimin mövcudluğu, nəhayət işgüzar  əlaqələrim oldu.

Şirkətin bütün fəaliyyəti dövründə mənə bir dəfə 18 milyon dollarməbləğində dividend ödənildi. Ancaq mən şirkətin inkişafı naminə həminpulu almadım, şirkətə yenidən yatıraraq ona BƏƏ-də yeni terminalınalınmasında yardımçı oldum. “Socar Trading”lə yanaşı mənə “Socarİnternational DMCC”-də paylarımı satmaq təklif olundu. Uzundanışıqlardan sonra öz payımı mənə ödənilən və tərəfimdən şirkətəreinvestisiya edilən dividendlər dəyərində (yəni qeyd olunmuş $18 mln)SOCAR-a satdım. Satış zamanı səhmlərin qiymətlərinin müəyyən edilməsiprosesində mənim öncədən qoyduğum sərmayələr və xərclər nəzərə alınmadı.Başqa sözlə, mənə məxsus paylar SOCAR-a şirkətin mənə əvvəlcədəndividend kimi təklif etdiyi məbləğə satıldı …

- “Bahar Energy” neft şirkəti ətrafındakı qalmaqal hələ dəsəngimir.İnsanlar ixtisar olunur, əmək haqları ödənilmir və s. Mətbuatdayazırlar ki, sizin də orada payınız var. Bununla bağlı nə deyəbilərsiz?

- Ümumiyyətlə, bu layihə mənim şirkətlər qrupum üçün maraqlıolmadığından  oradakı paylarım təxminən iki il əvvəl tərəfdaş şirkətəsatıldı. Bu haqda məlumatları müxtəlif media mənbələrindən əldə edəbilərsiz. (Link1Link2)

Lakin müqaviləyə imza atmağımıza və payları qarşı tərəfin adınakeçirməyimizə baxmayaraq, bizə heç bir vəsait ödənilmədi. Dəfələrləetdiyimiz müraciətlərimizə baxmayaraq, heç nə əldə edə bilmədik. Hüquqivasitələrə əl atmaq istəyəndə isə “Baghlan Group”un ciddi maliyyəproblemləri ilə üzləşdiyi xəbəri yayıldı və bizim “Bahar Energy”şirkətində olan paylarımızın “Baghlan Group”  tərəfindən xarici banklaragirov qoyulduğunu eşitdik.Hal-hazırda bu məsələyə hüquqşünaslar baxır.

Amma qeyd etmək istərdim ki, son dövrlər ərzində nə “Bahar Energy”yə,nə də orada baş verən kütləvi ixtisarlara nə mənim, nə də mənə məxsusolan şirkətlərin heç bir aidiyyatı yoxdur. Çünki bu hadisələr artıqbizim səhmlərimizi “Baghlan”a ötürməyimizdən sonra, şirkət üzərində heçbir nəzarətimizin olmadığı dövrdə baş verib.

- Sonunda, bizdə olan məlumatlara görə “Global Witness”,Azadlıq Radiosu və buna oxşar qondarma “ictimai səslər” sizə qarşıtəbliğatı davam etdirirlər. Yeni hesabatların dərc olunması və sizə,SOCAR-a və Azərbaycana yeni zərbələrin hazırlandığı haqda məlumatlarvar. Bununla bağlı nə deyə bilərsiz?

- Bəli, bununla bağlı mənim məlumatım var. Çünki bundan öncə mənəqarşı istifadə etdikləri müxtəlif uydurma məlumatlar əsassız olduğunagörə onların gözlədiyi effekt alınmadı.Bu səbəbdən onlar yeni hesabatlarhazırlayacaq və orada yenidən əsassız iddialar irəli sürəcəklər.Məndəhətta xarici qüvvələrə Azərbaycanın içindən də dəstək verildiyi barədəməlumat var. Amma bir azərbaycanlı kimi mənə aydın deyil - niyə bəziyerli qüvvələr Azərbaycana qarşı bu cür düşmən fəaliyyətidəstəkləyirlər?

Məsələn, bəzi yerli media organlarında mənimlə bağlı mövzuları qəsdənşişirdərək  xaricdə olan qüvvələrə kömək göstərməyə çalışırlar. Həminqüvvələr də öz hesabatlarında belə uydurma və qeyri-dəqiq məlumatlaraistinad edir. Bəzi yerli media nümayyəndələri isə xarici nəşrlərdə mənimhaqqımda gedən hansısa cüzi məlumatı da şişirdir, onun üzərindəfərziyyələr qurur, xüsusi verilişlər hazırlayırlar.Onların peşakarlıqdanuzaq olduğu, adi etik normaları gözləmədiyi aydın nəzərə çarpır.

Mənə məlumdur ki, onlar kifayət qədər uzun müddət işləsələr belə, heçbir ciddi nəticə əldə edə bilməyiblər. Digər tərəfdən mənə qarşıtutarlı ifşaedici dəlil mövcud olmadığından onlar mövcud faktları vəarqumentləri saxtalaşdırmaqla, cüzi olaraq şübhə yaradan bəzi məqamlarışişirdərək yeni hesabatlar təqdim etməyi planlaşdırırlar.Artıq buhadisələr baş verməkdədir.

Məsələn, Azadlıq Radiosu artıq saxta sənədlər üzərində qurulanfərziyyələrə əsaslanaraq, mənə qarşı iddialar irəli sürür. Axı hər hansısənədə istinad ancaq bu sənədin rəsmi və qanuni yolla əldə olunduğuhalda edilə bilər. Bu cür faktlar isə heç vaxt mövcud olmayıb. Ona görədə bu təşkilatlar və şəxslər yalnız uydurma faktlarla ictimaiyyətiçaşdırmağa, sosial qəzəb yaradaraq ölkəmizdə gərginlik yaratmağaçalışırlar. O zaman məndə haqlı sual yaranır- bəs bunların dəmvurduqları məsuliyyətli və ədalətli jurnalist yanaşması necə oldu?!

Mən isə bütün oxucuları əvvəlcədən xəbərdar etmək istəyirəm ki, yenihesabatlarda və media yazılarında mənə qarşı yeni iddialar sürüləcək.Məndə olan məlumatlara görə, onların hamısı əsassız və uydurma faktlar,fərziyyələr əsasında hazırlanıb. Məqsəd isə bəllidir - cəmiyyəti saxtafaktlar və bəyanatlarla çaşqınlığa sürükləmək, hiddət yaratmaq. Bu isətəbii ki, həmin qüvvələrin maraqlarına- Azərbaycana qarşı yeni iqtisadi,siyasi şantaj və təzyiq üçün geniş meydan açmağa xidmət edir.

Əminəm ki, cəmiyyətimiz illər keçdikdən sonra böyük təcrübə qazanıb.İnsanlarımız Azərbaycana düşmən mövqe seçmiş hər hansı qurumun saxta vətəxribatçı hesabatına inanmayacaq. 

Yekun söz: Biz ilk dəfə Anar ƏlizadəninBusiness Time jurnalına verdiyi müsahibəni oxuduqda və sonunda jurnalınbaş redaktoru həmin şəxs haqqında müsbət qiymətinə bir az ironiya iləyanaşdıq və doğrusu bu sözlərin həqiqət olmadığını düşündük. Lakin, bizmüsahibəni iki aydan artıq hazırladığımız vaxt ərzində bizim Bakıda vəDubayda bir neçə görüşlərimiz və söhbətlərimiz Anar Əlizadə haqqındaverilən pozitiv qiymətin doğru olmasının şahidi olduq. Həddindən artıqsadə, alicənab və təmkinli görünən bu insan hətta tərəfimizdən təxribatxarakterli suallar verildikdə onların səbirlə cavablandırması biziolduqca təəccübləndirdi.  Anar Bəy bizə gələcəkdə də yeni müsahibələrverməyə hazır olduğunu təsdiq etdi ...

Söhbətləşdi: Eynulla Fətullayev, Dubay, virtualaz.org

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti