Ankara Universitetinin nümayəndələri ADU-da

18:32 | 28.03.2016
Ankara Universitetinin nümayəndələri ADU-da

Ankara Universitetinin nümayəndələri ADU-da

Martın 28-də Türkiyənin Ankara Universitetinin Ölçmə və dəyərləndirmə, Tətbiq etmə və Araşdırma Mərkəzinin müdiri Ömər Kutlu və müdir müavini Özgə Altıntaş Azərbaycan Dillər Universitetində (ADU) oldular.
 
 
Qonaqları salamlayan ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov  onları universitetdə görməkdən məmnun olduğunu bildirdi. O, ADU-nun Azərbaycanda fəaliyyət göstərən qabaqcıl universitetlərdən biri olduğunu söylədi. ADU-nun beynəlxalq əlaqələrindən danışan professor Dünyamin Yunusov əlaqələrin ildən-ilə genişləndiyini bildirdi və müəllim-tələbə mübadiləsinin vacibliyini vurğuladı.
 
 
Səmimi qəbula görə təşəkkür edən Türkiyənin Ankara Universitetinin Ölçmə və dəyərləndirmə, Tətbiq etmə və Araşdırma Mərkəzinin müdiri Ömər Kutlu ADU-da olmaqdan məmnun olduğunu dilə gətirdi. Ötən il ilə müqayisədə Bakının getdikcə daha da gözəlləşdiyini söyləyən Ö.Kutlu paytaxtımıza heyran olduğunu söylədi. Qonaq görüşün iki ölkə universitetləri arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini dedi. Ömər Kutlu Türkiyənin müxtəlif ali təhsil müəssisələrində təhsillərini davam etdirmək arzusunda olan azərbaycanlı tələbələr üçün keçiriləcək YÖS (Yabancı uyruklu Öğrənci Sınavı) imtahanları haqqında ətraflı məlumat verdi.
 
 
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi mövzularında müzakirələr aparıldı.
 
 
Görüşdən sonra müvafiq işçi qrupu ilə mayın 28-də keçirilməsi nəzərdə tutulan imtahan prosesi haqqında müzakirələr aparıldı, ADU-nun tədris binasında imtahan keçiriləcək otaqlara baxış keçirildi.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb