Ankarada 16 hakim və prokuror həbs olunub

10:37 | 30.08.2016
Ankarada 16 hakim və prokuror həbs olunub

Ankarada 16 hakim və prokuror həbs olunub

Ankarada qarşısı alınmış hərbi çevrilişlə əlaqədar saxlanılan 21 hərbi hakim və prokurordan 16-sı həbs olunub.
 
APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, ilkin araşdırmadan sonra 5 nəfər sərbəst buraxılıb, qalanları barəsində isə həbs qətimkan tədbiri seçilib.
 
Qeyd edək ki, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 2847 hakim və prokuror tutduqları vəzifələrdən kənarlaşdırılıb.
 
Ümumilikdə, Türkiyədə hərbi çevrilişin qarşısı alındıqdan sonra 40 min nəfər saxlanılıb, 20 min nəfər barəsində artıq həbs qətimkan tədbiri seçilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti