Ankarada 25-ci Beynəlxalq Caz Festivalı keçiriləcək

17:56 | 31.10.2022
Ankarada 25-ci Beynəlxalq Caz Festivalı keçiriləcək

Ankarada 25-ci Beynəlxalq Caz Festivalı keçiriləcək

Ankara 6-16 noyabr tarixlərində 26-cı Beynəlxalq Caz Festivalına ev sahibliyi edəcək.Bu barədə "Anadolu" agentliyi məlumat yazıb.

Festivalın təşkilatçısı Türkiyə Caz Cəmiyyətidir. Mədəniyyət tədbiri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Festival çərçivəsində konsert proqramları, müzakirələr və pulsuz ustad dərsləri keçiriləcək.

Bu il festival əsasən karbon ayaq izinin azaldılmasının vacibliyini vurğulayacaq.

CerModern İncəsənət Qalereyası və Ankara Musiqi və Gözəl Sənətlər Universiteti də festival üçün məkan seçilib.

Festivalın proqramına əsasən Ankaradan olan caz ifaçılarının çıxışları daxildir.


Gülnar 
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM