Türkiyədə hərbi bazanın yerində park salınır

20:23 | 12.08.2016
Türkiyədə hərbi bazanın yerində park salınır

Türkiyədə hərbi bazanın yerində park salınır

Ankara yaxınlığında hərbi çevrilişə cəhd zamanı qiyamçıların qərargahı rolunu oynayan "Akıncı" hərbu bazasının yerində Demokratiya Parkı adlı yeni park salınacaq.

Trend "Haber 7" kanalına istinadən məlumat verir ki, bu barədə Türkiyənin milli təhlükəsizlik naziri Fikri İşıq məlumat verib.

Onun sözlərinə görə, İstanbul və Ankaradan hərbi bazarın köçürülməsi sentyabrın 15-dək yekunlaşacaq.

Daha öncə Türkiyənin Baş naziri Binəli Yıldırım İstanbul və Ankarada hərbi bazaların bağlanacağını bildirmişdi.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb