Aparıcı cəmiyyətin problemindən danışdı – VİDEO

19:19 | 01.08.2018
Aparıcı cəmiyyətin problemindən danışdı  – VİDEO

Aparıcı cəmiyyətin problemindən danışdı – VİDEO

Aparıcı Könül Yusifqızı Space TV-də yayımlanan "El bizim, sirr bizim” verilişində qalmaqallı çıxış edib.

Anews.az Minval.info-ya istinadən xəbər verir ki, o, əynindəki donun ətəyini qaldıraraq insanların bu tərzdə geyimlərə daha çox baxdığını söyləyib. Könül xanımın hərəkətini zalda olanlar təəccüblə qarşılayıb.

"Mən bu gün qapalı geyinmişəm. Belə geyim heç kəsə lazım deyil. İndi ətəyimi qaldırım, bu hamıya lazım olacaq. Niyə uzağa gedirsiniz?! Milli rənglərlər, bağlı, çalmada çox ciddi fotosessiya etmişəm. Vallah, ona 80 nəfər layk edib. Amma mən bir balaca belə (ətəyini qaldırır – red.) durmuşam, ona 16 min layk gəlib” – aparıcı bildirib.

Elçin Əlibəyli və zalda oturan iştirakçılarla bərabər tamaşaçılar da K.Yusifqızının sözləri ilə razılaşıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb