Arda Turan "Başakşehir" klubuna keçmək istəyir

20:19 | 09.01.2018
Arda Turan

Arda Turan "Başakşehir" klubuna keçmək istəyir

Türkiyənin tanınmış futbolçusu Arda Turan İstanbulun "Başakşehir" klubuna keçmək istəyir.

Trend-in məlumatına görə, bunu klubun prezidenti Göksel Gümüşdağ deyib.

G.Gümüşdağ A.Turanın "Barselona"dan transferi ilə bağlı prinsipcə razılıq əldə olunduğunu bildirib: "Ardanın "Barselona"dan ayrılma ehtimalından sonra danışıqlar apardıq və İspaniyaya yollanaraq futbolçu ilə görüşdük. Arda "Başakşehir" formasını geyinməkdən çox xoşbəxt olacağını bildirdi".

O qeyd edib ki, lakin "Barselona" rəhbərliyinin mövqeyinə hörmətlə yanaşmaq lazımdır: "Transferin reallaşması üçün zəruri prosedurların tamamlanmasını gözləmək məcburiyyətindəyik. Bir çox mövzularda anlaşsaq da, qiymətlə bağlı bir neçə məsələ qalır".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM