Arda Turan: "Prezident İlham Əliyevə təşəkkür edirəm"

11:42 | 29.05.2014
Arda Turan: "Prezident İlham Əliyevə təşəkkür edirəm"

Arda Turan: "Prezident İlham Əliyevə təşəkkür edirəm"

"Atletiko"nun futbolçusu Arda Turan Madrid klubunun Bakıya səfəri ilə bağlı təşkil olunan mətbuat konfransında fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, türk yarımmüdafiəçi Azərbaycanın Cümhuriyyət bayramı münasibəti ilə xalqımızı təbrik edib:

"Həm ölkəmin, həm də komandanın yanında olduğu üçün Azərbaycanın prezidenti İlham Əliyevə təşəkkür edirəm. Biz həm də Azərbaycanı təmsil edirik və bundan qürur duyuruq".

Arda həmçinin bildirib ki, Azərbaycan və Türkiyə bir millət iki dövlətdir.

O, "Real"la qarşıdakı superkubok oyununda qələbə qazanacaqları təqdirdə, meydanda Azərbaycan bayrağını dalğalandırmasının mümkünlüyü haqda suala cavabında deyib:

"Biz Azərbaycanı təkcə yaşıl meydanlarda deyil, bütün arenalarda təmsil etməliyik".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb