Arda Turan: "Real"la matçda özüm oynamaq istəmədim"

14:01 | 26.05.2014
Arda Turan: "Real"la matçda özüm oynamaq istəmədim"

Arda Turan: "Real"la matçda özüm oynamaq istəmədim"

"Atletiko"nun futbolçusu Arda Turan Çempionlar Liqasında "Real"ın final matçında özü oynamaq istəməyib.Qol.Az-ın sporx.com-a istinadən yaydığı xəbərə görə, türk yarımmüdafiəçi deyib ki, kəskin ağrıları olduğu üçün bu qarşılaşmada iştirak edə bilməyib:"Baş məşqçim Dieqo Simeone məni finalda oynatmaq istəyirdi. Amma kəskin ağrılarım idi. Bu görüşdə oynamaq üçün çox çalışdım, ancaq alınmadı. Əgər "Real"la oyunda meydanda olsaydım, komanda yoldaşım Kosta kimi qarşılaşmanın əvvəlində əvəzlənməli olacaqdım".A.Turan əmin olduğunu bildirib ki, nə zamansa Çempionlar Liqasının kubokunu qazanacaq.Bu mövsüm çox yorulduğunu vurğulayan futbolçu bir müddət dincələcəyini söyləyib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb