Arda Turanın ən böyük arzusu

18:58 | 21.10.2014
Arda Turanın ən böyük arzusu

Arda Turanın ən böyük arzusu

Ay ulduzluların ən önəmli ulduzu Arda Turan "Ən böyük arzum, milli komandamızla Avro 2016-ya getmək və 2008-ci ildəki uğurlarımızı təkrarlamaqdır. Fatih Terim isə mənim həm dostum, həm də atam kimidir" deyib.

Türkiyə yığmasının və "Atletiko Madrid"in ulduzlarından olan Arda Turan "FİFA"-nın internet saytına açıqlama verib. Türkiyə ilə 2008-ci ildə yarımfinal oynadığını və təkrar belə uğur qazanmaq istədiyini deyib. "Avro 2016-ya qatılmağımız üçün hər gün dua edirəm. 2008-ci ildəki turnir bizim üçün əsl təcrübə idi. Bunu təkrarlamağa potensialımız var. Böyük komandayıq. Biraz müdafiəyə daha çox köklənməyimiz lazımdır." Fatih Terimin onun həyatında özəl yerinin olduğunu bildirib. "12 yaşımda "Qalatasaray"la razılaşanda, o, kluba rəhbərlik edirdi. O, həm baş məşqçim, həm dostum, həm də mənə ata kimi idi. "Atletiko"dakı baş məşqçim Dieqo Simeone ilə bir-birilərinə bənzəyirlər. Ancaq Terim hücuma, Simeone isə müdafiəyə fikir verir."

"Bizdə Messi və Ronaldo yoxdur"

"Atletiko"nun oyun stilinin başqaları tərəfindən bəyənilməyəcəyini vurğulayan milli futbolçu, "Biz bir yolnan qalib gəlirik. Simeone bizə əvvəlcə, "rəqibin qol vurmasına imkan verməyin və qol vursaq qazanacağıq" demişdi. Əlbəttə topa daha çox sahib olmaq istəyirik amma bizim nə Messimiz, nə də Ronaldomuz yoxdu. Planımız; çalışmaq, çalışmaq!" deyib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb