"Ardanın oynaması məni narahat etmir" – Rakitiç

14:21 | 11.01.2016

"Ardanın oynaması məni narahat etmir" – Rakitiç

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç komanda yoldaşı Arda Turan haqda danışıb.

Qol.Az-ın məlumatına görə, xorvatiyalı oyunçu ölkəsinin mətbuatına açıqlamasında türkiyəli futbolçu ilə rəqabətin onu narahat etmədiyini bildirib:

"Ardanın "Barselona"nın əsas heyətində oynaması məni narahat etmir. Burada olduğum müddətdə özümü sübut etmişəm və komanda üçün nə qədər dəyərli olduğumu düşünürəm. Bu səbəbdən start heyətində yerimi itirməkdən qorxmuram". 

Qeyd edək ki, 2014-cü ildə "Sevilya"dan "Barselona"ya transfer olunan Rakitiç keçirdiyi 49 oyunda 6 qol vurub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti