ARGTMŞ Azərbaycanı İngiltərədə keçirilən beynəlxalq tədbirdə təmsil edib

12:37 | 14.09.2015
ARGTMŞ Azərbaycanı İngiltərədə keçirilən beynəlxalq tədbirdə təmsil edib

ARGTMŞ Azərbaycanı İngiltərədə keçirilən beynəlxalq tədbirdə təmsil edib

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndə heyəti Böyük Britaniyanın "Newcastle upon Tyne” şəhərində keçirilən "Youth on the Radio” adlı beynəlxalq layihədə Azərbaycanı təmsil edib.

 "Erasmus+” proqramı çərçivəsində keçirilən beynəlxalq layihədə Azərbaycan ilə yanaşı, İngiltərə, Serbiya, Rumıniya, İtaliya, Ukrayna, Türkiyə, Albaniya, Gürcüstan, Kosovanı təmsil edən 30 fəal gənc iştirak edib.

Layihənin əsas məqsədi qeyri-formal tədris metodologiyasının tətbiqi ilə gənclərə ünsiyyət vasitələri və sosial şəbəkələr sahəsində yeni bilik və təcrübə qazandırmaqdır.

"Youth on the Radio” layihəsi çərçivəsində təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirilməsi məqsədilə iştirakçılara seminarlar, təlimlər keçirilib və işçi qruplar yaradılıb. Gənclər təlimlərdə ünsiyyət yaratmaq üçün yeni və səmərəli kommunikasiya vasitələri haqqında məlumat əldə ediblər. Daha sonra, iştirakçılar gənclərlə iş və əsas anlayışların müəyyən edilməsi mövzuları ətrafında müzakirələrə qoşulublar. Növbəti günlərdə, iştirakçılar Gənclər Radiosu haqqında məlumat əldə edib, bu sahədə təcrübə mübadiləsində iştirak ediblər. Layihə zamanı "Erasmus+” proqramının təqdimatı baş tutub və gənclər proqram haqqında ətraflı məlumat əldə ediblər.

Layihə müddətində nümayəndələrimiz tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ölkənin gənclər sahəsində olan inkişafı və bu sahədə görülən işlər haqqında məlumat iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra, ARGTMŞ-ın təqdimatı keçirilib. Təqdimat zamanı təşkilat haqqında məlumat verilib və onun fəaliyyətindən bəhs olunub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM