“Arzu, salamat qal” yazan neftçinin cəsədi tapıldı

10:02 | 28.12.2015
“Arzu, salamat qal” yazan neftçinin cəsədi tapıldı

“Arzu, salamat qal” yazan neftçinin cəsədi tapıldı

Xəbər verdiyimiz kimi, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Oxu.Az-a bildiriblər ki, məlumat daxil olduqdan dərhal sonra cəsədin gətirilməsi üçün Türkmənistana yola düşən FHN-in "BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. 

Neftçi Qasımov İman Şura oğlunun cəsədi respublikaya gətirilib və aidiyyatı üzrə təhvil verilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür