Ağstafa Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

23:27 | 10.07.2020
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının iki müavini işdən çıxarıldı

Ağstafa Rayon İcra Hakimiyyətində kadr islahatları həyata keçirilib.


"Report”un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Aydın Hacıyev tutduğu vəzifədən azad edilib.


Həmçinin, informasiya təminatı və təhlili işləri sektorunun müdiri Leyla İsayeva da tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə yeni təyinat həyata keçirilməyib.


Qeyd edək ki, keçmiş Ağstafa Rayon İcra Başçısının birinci müavininin də yerinə hələ ki, yeni təyinat olmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb