Ata 2 yaşlı oğluna xəsarət yetirdi

10:07 | 24.11.2022
Ata 2 yaşlı oğluna xəsarət yetirdi

Ata 2 yaşlı oğluna xəsarət yetirdi

Bakının Səbail ərazisində ata 2 yaşlı oğlunu və qayınanasını bıçaqlayıb. Bu barədə  Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib
 
Bildirilib ki, noyabrın 23-də saat 20 radələrində Yüzbəy Mürsəlov küçəsində Yevlax sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. 
 
Cinayəti törədən şəxs Saqi Kərimov xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb. 
 
Faktla əlaqədar CM-nin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb