"AtaBank"ın baş direktoru işdən çıxarıldı

16:08 | 16.03.2016

"AtaBank"ın baş direktoru işdən çıxarıldı

 "AtaBank" ASC-nin rəhbərliyində dəyişiklik olub.

"APA-Economics" xəbər verir ki, bankın İdarə Heyətinin üzvü, icraçı direktoru Bətulə Əhədova tutduğu vəzifən uzaqlaşdırılıb.

Xatırladaq ki, bir müddət öncə bankın İdarə Heyətinin sədri dəyişib. Dəyanət Quliyev bu vəzifədə Etibar Babaşlını əvəzləyib. Hazırda E. Babaşlı sədrin müavinidir.

Onlardan başqa İdarə Heyətində Hüseyn Bayramov, Emil Əmirov və Rauf Hüseynov təmsil olunurlar. Adları çəkilən hər üç şəxs İdarə Heyətinin üzvü olmaqla yanaşı, həm də icraçı direktordur.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti