ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfərə gələcək

16:20 | 05.07.2017
ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfərə gələcək

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfərə gələcək

ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycana səfərə gələcək.

anews.az Report-a istinadən xəbər verir ki, səfər bu ilin sentyabr ayına planlaşdırılıb.

K.Vigeninin hər üç Cənubi Qafqaz ölkəsinə - Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyi gözlənilir.

Səfər zamanı Cənubi Qafqaz regionunda münaqişələrin həlli, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunacaq.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti