ATƏT PA prezidentinin Bakı səfərinin vaxtı açıqlandı

21:21 | 06.02.2018
ATƏT PA prezidentinin Bakı səfərinin vaxtı açıqlandı

ATƏT PA prezidentinin Bakı səfərinin vaxtı açıqlandı

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Sereteli bu ilin martında Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bunu ATƏT PA-nın mətbuat xidmətindən bildiriblər. ATƏT PA prezidenti martın 12-13-də Azərbaycana rəsmi səfər edəcək və Bakıda keçiriləcək İpək Yolu Konfransına qatılacaq.

Qeyd edək ki, daha öncə G.Sereteli səfər zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağını demişdi.

G.Seretelini səfər zamanı ATƏT PA-nın Beynəlxalq Katibliyinin müşayiət edəcəyi gözlənilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb