“Atletiko Madrid” 0-0 “Barselona” FOTOLAR

13:00 | 12.01.2014
“Atletiko Madrid” 0-0 “Barselona” FOTOLAR

“Atletiko Madrid” 0-0 “Barselona” FOTOLAR

Futbol üzrə İspaniya La Liqasında “Atletiko Madrid” komandası doğma meydanında “Barselona” ilə qolsuz bərabərliyə qaldı.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünən dünyanın futbolsevərlərinin diqqəti İspaniya La Liqasının 19-cu turu çərçivəsində Madridin “Visente Kalderon” stadionuna yönəlmişdi. Belə ki, bu stadionda ölkə çempionatında 49 bala malik olan iki lider komanda “Atletiko Madrid” və “Barselona” üz-üzə gəlirdilər. Gərgin keçən oyunda qapılara top vurulmadı, beləliklə hər iki komanda hərəyə bir xal toplayaraq yenə də La Liqada iki hakimiyyətliyi qoruyub saxlaya bildilər.

Gələn həftə isə “Barselona” “Levante”nin qonağı olacaq. 

Xatırladaq ki, “Barselona”nın heyətində Neymar və Messi kimi ünlü futbolçular oyunun 2-ci hissəsində yaşıl meydançaya çıxmışdılar. Qolsuz sona çatan matçın sonunda türk futbolçu Arda Turanla Messi formalarını dəyişdirdilər.

“Barselona”nın baş məşqçisi Gerardo Martino oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, biz “Atletiko” ilə oyundan sonra daha da güclü olduq. “Biz həlledici bir xala sahib olduq. Bu xalı doğma meydanında uduzmayan bir komandadan almağı bacardıq. Mövsümün ortasında 50 xala malik olmaq yaxşı nəticədir. Mən komandamın oyunundan çox razıyam”, - deyə Martino bildirib. 

ANS PRESS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM