"Autizm xəstəsi olan uşaqlara kömək olaq" - Məşhur həkimdən çağırış

14:43 | 09.03.2015

"Autizm xəstəsi olan uşaqlara kömək olaq" - Məşhur həkimdən çağırış

Dr.Vüqar Ələkbərov

Dünyada autizm xəstələrinin sayı getdikcə artır. Bunu Azərbaycana da şamil etmək olar. Son zamanlar dünyanın hər yerində bu xəstəliyə qarşı mübarizə getdikcə güclənir. Bu amansız xəstəliklə mübarizə aparmaq üçün mən doktor Vüqar Ələkbərov hələ Türkiyədə işləyərkən çox düşündüm-daşındım. Autizm Uşaqlarının Reabilitasiyasına Kömək İctimai Birliyi, Doğa Otizm Gənclik və Spor Klubundan olan həmkarlarımla birlikdə Bakıda seminar təşkil etdik. Məqsədimiz Türkiyədən dəvət etdiyimiz  mütəxəsis  Seyd Əli Sarinin  iştirakı ilə Autizmdən əziyyət çəkən uşaqların valideynlərinə təmannasız  seminar vermək olub.

Yeri gəlmişkən, təvazökarlıqdan uzaq olsa da, seminar çox uğurlu keçdi. Seminarda həm valideynlər, həm həkimlər, eyni zamanda bu sahə üzrə çalışan mütəxəssislər iştirak edirdilər.

Ümüd edirəm bu seminarın autizm xəstəliyini müalicə edən tərəflərə, valideynlərə  xeyri oldu. Gələcəkdə belə seminarların tez-tez təşkil olunmasına, və ya bu sahədə təşkil olunan seminarlara dəstək olacağıma qərarlıyam. Düşünürəm ki, Azərbaycanda autizm mərkəzlərinin sayını artırmaq və artıq bu sahədə uzunmüddətli fəaliyyət göstərən mərkəzlərin şəraitinin yüksək səviyyədə olmasına həm dövlət, həm fərdi şəkildə iş adamları kömək olmalıdırlar.

Əgər autizm xəstəliyinə düçar olan uşaqlar mənə müraciət edərlərsə, onlara hər an yardım etməyə hazıram.


------------------

Qeyd edək ki, Op.Dr. Vüqar Ələkbərov 2006-2013 illərdə Türkiyənin Ege və Uludağ universitetlərində Estetik Plastik və Cərrahi uzmanlığını bitirib.  Dünyada   gənc həkimlər arasında uzmanlığını alan ilk Həkimlərdən biridir. Uzmanlığınıı Türkiyədə tamamladığı üçün Op. Dr. Vüqar Ələkbərov insanlara Türkiyədə də xidmət edir, onların arzularını  gerçəkləşdirərək İstanbulda da fəaliyyət göstərməkdədir. Ayrıca Azərbaycanda da öz markası olan VAPS ( Vugar Alakbarov  Plastic Surgery) özəl cərrahiyə mərkəzində çalışmaları davam etməkdədir.

Azərbaycan / BAKI
VAPS - Plastik, Estetik Cərrahiyə Mərkəzi
(Vugar Alakbarov Plastic Surgery)
www.vugaralakbarov.com
e-mail: [email protected]
Mob.: +994 (50) 343-33-43


Autizmdən əziyyət çəkən uşaqların valideynləri üçün Bakıda təşkil olunan pulsuz seminardan fotolar:











0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM