Avropa İttifaqı Dağlıq Qarabağdakı "seçkiləri" tanımır

15:58 | 01.05.2015
Avropa İttifaqı Dağlıq Qarabağdakı

Avropa İttifaqı Dağlıq Qarabağdakı "seçkiləri" tanımır

Avropa İttifaqı Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağdakı "seçkiləri" tanımır.
 
"Report" xəbər verir ki, bu barədə Aİ-nin bu gün dərc olunan bəyanatında deyilir.

"Mayın 3-də Dağlıq Qarabağda planlaşdırılan "parlament seçkiləri" ilə bağlı məlumatlarla əlaqədar biz bir daha bildiririk ki, Avropa İttifaqı onların konstitusion və hüquqi çərçivədə keçirildiyini tanımır", - bəyanatda deyilir. Qeyd olunub ki, bu prosedurlar Dağlıq Qarabağın yekun statusunu müəyyən edə və ya danışıqlar prosesinə təsir göstərə bilməz.

"Aİ ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin yaranan status-kvo vəziyyətindən çıxmaq və hərtərəfli sülh danışıqlarının əldə olunması ilə bağlı səylərini qətiyyətlə dəstəkləyir. Aİ münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn səyləri gələcəkdə də dəstəkləməyə hazırdır", - bəyanatda deyilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb