The Times: Aİ-nin vahid ordusunun yaradılması ideyası Şərqi Avropanı narahat edib
ANN.Az The Times qəzetinə istinadən xəbər verir ki, mərkəzi Brüsseldə olan Avropa İttifaqının vahid ordusunun yaradılması barədə Avropa komissiyasının sədri Jan-Klod Yunkerin planı Rusiya ilə həmsərhəd olan Şərqi Avropa ölkələrini narahat etməyə başlayıb.
Qeyd olunur ki, Litva, Latviya, Estoniya və Polşa bu təşəbbüsü Avropanı Rusiya təcavüzündən qoruyan NATO üçün əsl təhlükə hesab edirlər. Onların fikrincə, Avropa İttifaqının hərbi planı Almaniya və Fransanın NATO qarşısında öhdəliklərindən yayınmasına şərait yaradacaq.
"Biz Avropa İttifaqının vahid ordusunun yaradılması ideyasına skeptik yanaşırıq", - deyə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bəyan edib.
The Times qəzetinin məqaləsində bildirilir ki, yeni ideyanın tərəfdarları Almaniya və Fransadır. Bitərəf ölkələr siyahısında isə İrlandiya, Avstriya, İsveç və Finlandiya yer alıb. Bu ölkələr isə Avropa ordusu Lissabondakı kollüktiv müdafiə haqqında razılaşmasına əsaslanaraq onları silahlı münaqişəyə cəlb edə bilər.
Bir müddət öncə Fransa və Almaniya müdafiə nazirləri Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə məktub göndəriblər. Sözügedən məktubda blokun müdafiə siyasətinin yenilənməsi ilə bağlı birgə təşəbbüs əks olunub.
Rəşid MUSTAFAZADƏ
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !