Avropa Komissiyası Ukraynadan taxıl idxalına qoyulan qadağanın müddətini uzadıb

22:47 | 05.06.2023
Avropa Komissiyası Ukraynadan taxıl idxalına qoyulan qadağanın müddətini uzadıb

Avropa Komissiyası Ukraynadan taxıl idxalına qoyulan qadağanın müddətini uzadıb

Avropa Komissiyası (AK) Ukraynadan taxıl idxalına qoyulan qadağanı 5 Şərqi Avropa ölkəsinə sentyabrın 15-dək uzadıb. Eyni zamanda, onların ərazisindən Aİ-nin digər dövlətlərinə tranzitə icazə verilir. Bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan sənəddə deyilir.

Sənəddə deyildiyi kimi, "eyni saxlama yeri uğrunda rəqabət aparan Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan kimi məhsulların istehlak və ya emal üçün Aİ ərazisinə idxalı hələ də zəruridir”. Polşa, Macarıstan, Rumıniya, Bolqarıstan və Slovakiya istisna olmaqla.

Qərar dərc edildiyi andan qüvvəyə minib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasının rəhbəri Çarlz Mişellə görüşündə iyunun 5-dən sonra bir sıra Aİ ölkələrində Ukrayna kənd təsərrüfatı məhsullarının idxalına qoyulan məhdudiyyətlərin uzadılmasının yolverilməzliyinə diqqət çəkib.

Bundan əvvəl Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nagy bildirmişdi ki, Budapeşt Şərqi Avropanın dörd ölkəsi ilə birlikdə Ukrayna taxılının idxalına qoyulan qadağanı saxlamağa ümid edir. O vurğulayıb ki, macar fermerlərinin müdafiəsi ölkə hökuməti üçün prioritet məsələdir.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM