Avstriyalı nazir - Rusiya qazından asıllığı azaltmışıq

15:14 | 21.11.2022
Avstriyalı nazir - Rusiya qazından asıllığı azaltmışıq

Avstriyalı nazir - Rusiya qazından asıllığı azaltmışıq

2022-ci ilin fevralından sentyabra qədər Avstriya Rusiyadan qaz tədarükündən asılılığını 79%-dən 21%-ə endirib. TACC agentliyinin məlumatına görə bu barədə Avstriyanın energetika naziri Leonore Gewessler bildirib. 

"Biz Rusiya qazından asılılığın azaldılması istiqamətində böyük addım atmışıq”, - deyə nazir deyib.

Agentliyin məlumatına görə, Avstriyanın qaz anbarlarının doluluq səviyyəsi 95%-i ötüb. Rusiyadan enerji təchizatı Norveç, Şimali Afrika və Mərkəzi Asiyadan gələn enerji təchizatı ilə əvəz olunur.

İyunda Gewessler bildirmişdi ki, Avstriya yanacaq idxalı sahəsində bütün ssenarilərə, o cümlədən Rusiyadan qaz nəqlinin tam dayandırılmasına hazırdır.

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb