Avtomobil dərəyə aşdı: ölən və yaralanan var

10:16 | 06.12.2013
Avtomobil dərəyə aşdı: ölən və yaralanan var

Avtomobil dərəyə aşdı: ölən və yaralanan var

Göygöldə avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb, 3 nəfər isə yaralanıb.Göygöl rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Aşıqlı kəndi ərazisində baş verib. Gəncə şəhər sakini 34 yaşlı Fariz Həmzəyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan dərin dərəyə aşıb. Nəticədə avtomobildə olan Gəncə şəhər sakini, 36 yaşlı Həsən Əliyev ölüb, sürücü Fariz Həmzəyev, sərnişinlər - 52 yaşlı Fizuli Əliyev və 35 yaşlı Sədi Həmzəyev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM