AXCP sədri: "Müharibə şəraitində dövlətin və ordunun tərəfindəyik"

18:54 | 14.07.2020
AXCP sədri:

AXCP sədri: "Müharibə şəraitində dövlətin və ordunun tərəfindəyik"

Azərbaycan ordusunun yüksək rütbəli zabitlərinin şəhid olması ilə bağlı AXCP sədri Əli Kərimli  xalqa başsalı mesajı ünvanlayıb və müharibə şəraitində mübahisələri qırağa qoyaraq dövlətin və ordunun tərəfində olduğunu bildirib. 
 
"General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev başda olmaqla ordumuzun yüksək rütbəli zabitlərinin şəhid olması haqda xəbər hamımızı çox sarsıdıb.  Fədakar general və zabitlərimiz Azərbaycan ordusunun mübariz və şərəfli ənənələrinə uyğun olaraq, tabeliklərində olan əsgər və gizirlərlə qorxmazlıq nümunəsi göstərmiş, öz igidlikləri ilə qəhrəman ordumuza xalqımızın sevgi və güvənini daha da artırıb.  Ermənistanın və arxasındakı dairələrin azğınlığı bütün hədləri aşıb. Ordumuzun düşmənə layiqli cavab verəcəyinə, torpaqlarımızı ləyaqətlə qoruyacağına əminəm",  -  Kərimli qeyd edib.
.
 
Daha sonra o, qeyd edib ki,  dövlət  bütün resursları səfərbər edilməlidir. "
 
"Hökumətlə olan fikir ayrılıqlarımızı, mübahisələrimizi daha yaxşı zamanlara saxlayırıq. Bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq",  -  deyə Əli Kərimli vurğulayıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb