• $ 1.7
  • € 1.9615
  • ₽ 0.021291
  • ₺ 0.0401
  • £ 2.2254

Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib

Axtarışda olan 3 nəfər Azərbaycana ekstradisiya edilib
24.05.2024 18:04
Beynəlxalq axtarışda olan 3 şəxsin Azərbaycana ekstradisiyası təmin edilib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. 

Azərbaycan vətəndaşları Ədilov Tural Cəlil oğlu, Səfərov Məmmədbağır Qarsalan oğlu və Ağayev Oqtay Sabir oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya tərəfindən təmin edilib.

Ədilov Tural Cəlil oğlunun xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini, Səfərov Məmmədbağır Qarsalan oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satmanı təşkil etmə cinayətini, Ağayev Oqtay Sabir oğlunun isə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə cinayətini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Rusiyadan Azərbaycana gətiriliblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
TƏBİB partlayışda yaralananların vəziyyətini açıqlayıb
Cəmiyyət 09:25
TƏBİB partlayışda yaralananların vəziyyətini açıqlayıb
Bakıda yanğın olub - Xəsarət alan var
Cəmiyyət 09:16
Bakıda yanğın olub - Xəsarət alan var
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 21:22
Bu ərazilərdə qaz olmayacaq
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Cəmiyyət 19:53
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Cəmiyyət 18:59
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı saxlanılan klinika direktoru həbs edilib
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Cəmiyyət 18:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında
Naftalanda sanatoriyada meyit tapılıb
Cəmiyyət 18:07
Naftalanda sanatoriyada meyit tapılıb
Nazir İtaliyaya rəsmi səfərə gedib
Cəmiyyət 17:47
Nazir İtaliyaya rəsmi səfərə gedib
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Cəmiyyət 17:38
Kürdəmirdə canavarlar kəndə hücum etdi: bir ailənin 16 qoyunu tələf olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol