Gəncədə çay sahilində köməksiz qalan qadın xilas edilib, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyə Gəncəçay çayının sahilində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal hadisə yerinə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Gəncə sakini 1965-ci il təvəllüdlü Ağayeva Nailə Sabir qızı ehtiyatsızlıqdan dərinliyi təqribən 3 m olan çay sahilinə yıxılıb və xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !