Ayaz Mütəllibov Eldar Mahmudovdan danışdı: “Ortada ciddi məsələlər var”

19:31 | 20.10.2015
Ayaz Mütəllibov Eldar Mahmudovdan danışdı: “Ortada ciddi məsələlər var”

Ayaz Mütəllibov Eldar Mahmudovdan danışdı: “Ortada ciddi məsələlər var”

Milli Təhlükəsizlik Naziri (MTN) Eldar Mahmudovun vəzifəsindən kənarlaşdırılmasından 4 gün keçir. 

Məsələ ilə bağlı mətbuatda müxtəlif fikirlər, versiyalar tirajlansa da, hələ ki, E.Mahmudovun aqibəti ilə bağlı qaranlıq məqamlar var. Bundan başqa, diqqət çəkən məsələlərdən biri də onun yerinə təyinatın olmamasıdır.

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov da MTN rəhbəri Eldar Mahmudovun vəzifədən çıxarılmasına münasibət bildirib. O, AzNews.az-a açıqlamasında deyib ki, belə ciddi qərarlar səbəbsiz verilmir: "Eldar Mahmudovun işdən çıxarılması ilə bağlı heç bir fikir deyə bilmərəm. Çünki işin içində deyiləm. Ancaq ciddi qərarları səbəbsiz qəbul etməzlər. Görünür ortada çox ciddi məsələlər var”. 

Belə olan halda Azərbaycanı hansısa təhlükə gözləyirmi sualına A.Mütəllibov belə cavab verib: "Heç bir təhlükə olmayacaq”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb