“AYB-yə müraciət edənlər ciddi yoxlanılacaq” - Fikrət Qoca

16:21 | 04.08.2014
“AYB-yə müraciət edənlər ciddi yoxlanılacaq” - Fikrət Qoca

“AYB-yə müraciət edənlər ciddi yoxlanılacaq” - Fikrət Qoca

“Yazıçılar Birliyinə qəbul qaydaları sərtləşdirilməyəcək, sadəcə bəzi məsələlər ciddi şəkildə yoxlanılacaq”.
 Bunu AzNews.az-a xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca deyib. Onun sözlərinə görə, qəbul komissiyası ittifaqda bundan sonra üzvlük üçün müraciət edən şəxslərə şamil oluncaq: “Yazıçılar Birliyi qəbul komissiyası yaratdı. Komissiyanın sədri Azər Mustafadır. Həmin komissiya ittifaqa üzvlük üçün müraciət edənləri araşdıracaq. Bu komissiya hazırda ittifaqda çalışmayan üzvlərə şamil olunacaq. Yəni, bu ondan ötrüdür ki, üzvlük üçün müraciət edənlər ciddi yoxlanılsın ki, təsadüfü adamlar ittifaqa üzv olmasın”. 
Qeyd edək ki, mətbuatda Yazıçılar Birliyinə qəbul qaydalarının sərtləşdiriləcəyi haqqında məlumat dərc olunub. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb