Aydın Xırdalanlının efirə getməyən müsahibəsi - VİDEO

17:23 | 26.03.2019
ARB-nin "Səhər-səhər" proqramında mərhum söz ustadı Aydın Xırdalanlının ölümündən bir müddət əvvəl verdiyi müsahibəsinin efirə getməyən hissələri yayımlanıb. 
  
BAKU.WS  xəbər verir ki, 3 gün öncə vəfat edən meyxanaçı müsahibəsində meyxana sənətindən gileylənib:  

"Meyxana vəfasız sənətdir. Yaxşı sənət olsa, dostuma-qardaşıma məsləhət bilərdim ki, sən də bu sənətə gəl. Bir balaca qalmaqallı, baş ağrıdan sənətdir". 

A.Xırdalanlı meyxanadan danışarkən deyib ki, meyxanada ancaq sözün qüdrətini göstərmək olar: "Ən əsas da bilməlisən ki, harada və nədən deməlisən. Sözü yerində deməyi bacarmalısan. Meyxananın incəliyi bundadır. Xalq məni sənətkar kimi qəbul edib-etmədiyini deyə bilmərəm. İnsan özünü necə tərifləyə bilər?" 


Sözügedən müsahibəni təqdim edirik: 

www.anews.az
loading...

Xəbər lenti