"Ayıb olsun sənə!" - "Maşın Şou"da Türkan Vəlizadə ilə Aqşin Fateh arasında qırğın - VİDEO

17:37 | 03.10.2019

"Ayıb olsun sənə!" - "Maşın Şou"da Türkan Vəlizadə ilə Aqşin Fateh arasında qırğın - VİDEO

"Maşın Şou"nun  "Maskarad" adı altında start verilən 18-ci sürətində artıq qırğınlar başlayıb.

Anews.az xəbər verir ki, realiti şounun ikinci günü olmasına baxmayaraq iştirakçıların arasında gərgin mübarizə gedir.

Emosiyalarını cilovlamayan iştirakçılar bir-birlərinə qarşı sərt ifadələr işlətməkdən çəkinməyiblər.

Müğənni Türkan Vəlizadənin meyxanaçı Aqşin Fatehə ünvanladığı "Ayıb olsun sənə! Mən xalqın qarşısında maska taxaraq hər şey edə bilmərəm" sözlər "Maşın Şou"da vəziyyətin gözlədiyimizdən tez qızışdığından xəbər verir.


Qeyd edək ki, ölkənin ən reytinqli efir layihəsi "Maşın Şou"nun 18-ci sürəti dünəndən "Maskarad" adı ilə start götürüb. Xalq artisti Murad Dadşovun layihə rəhbəri və aparıcısı olduğu şou ATV kanalında canlı olaraq yayımlanır.

"Opel” markalı avtomobil uğrunda müğənnilər Bilal Əliyev, Ayan Babakişiyeva, Aysun İsmayılova, Fuad Musayev, Kərim Abbasov, Niyam Salami, Nazim Pişyari, Türkan Vəlizadə, Ramal İsrafilov, aktryorlar Fatma Mahmudova, Məcid Hüseynov, aparıcılar Lalə Mustafayeva, Zümrüd Qasımova, Kəmalə Piriyeva, reper Qurd, aşıq Namiq Fərhadoğlu, meyxanaçı Aqşin Fateh və türkiyəli bloger Suna Kasımoğlu mübarizə aparacaq.(baku ws)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti