AZAL aviaşirkəti aviabiletləri rəsmi tərəfdaşlardan almağa çağırır

11:03 | 14.04.2016
AZAL aviaşirkəti aviabiletləri rəsmi tərəfdaşlardan almağa çağırır

AZAL aviaşirkəti aviabiletləri rəsmi tərəfdaşlardan almağa çağırır

Turizm sahəsində artan dələduzluq halları ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) QSC xarici ölkələrə səyahət edən şəxsləri yalnız etibarlı turizm agentliklərinə müraciət etməyə çağırır.

AZAL-ın mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, aviabiletlərlə bağlı problemlərlə üzləşməmək üçün AZAL Azərbaycan ərazisində aviaşirkətin biletlərinin satışı üzrə rəsmi müqaviləsi olan agentliklərin xidmətlərindən istifadə etməyə çağırır.

Aşağıdakı linkdə həmin agentliklərin siyahısı ilə tanış olmaq olar www.azal.az/az/article/31082015  

Əlavə məlumat üçün:
Telefon: (012) 598 88 80 / *8880
Email: [email protected]


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM