"Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib.
Uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Aprelin 18-də saat 20:10-da Bakıdan qalxan təyyarə yerli vaxtla saat 00:30-da Kəraçiyə çatıb.
Kəraçini turistlər üçün maraqlı edən onun Pakistanın tarixi və mədəni mərkəzi olmasıdır.
Hazırda AZAL Pakistanın digər iki şəhərinə - İslamabad və Lahora da uçuşlar həyata keçirir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !