Mərkəzi Bank uzunmüddətli əmanətləri təşviq edir

14:09 | 01.05.2024
Mərkəzi Bank uzunmüddətli əmanətləri təşviq edir

Mərkəzi Bank uzunmüddətli əmanətləri təşviq edir

Azərbaycan Mərkəzi Bankı əhalini daha çox banklara əmanət qoymağa təşviq etmək üçün əmanətlərdən əldə edilən gəlirləri vergidən azad edib.  Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. 

"Əhalini uzunmüddətli əmanətlərə həvəsləndirmək üçün AMB vətəndaşların əmanətlərindən əldə edilən və 10% dərəcəsi ilə yerləşdirilən əmanətlər üzrə  gəlirləri vergidən azad etmək üçün Vergi xidməinə müraciət edib. Vergi xidməti də bizim xahişimizi nəzərə alaraq əmanətlərdən əldə edilən gəliri  vergidən azad edib. Bu, əhalinin banklara daha çox əmanət qoymasına xidmət edən alətdir",  - Kazımov bildirib.
 
Onun sözlərinə görə, 2024-cü il yanvarın 1-ə Azərbaycanda əhalinin 82-83%-i  əmanətlərini banklarda bir il müddətinə yerləşdirilib.
 
Bu əmanətçilərin 75%-i  30 min manata kimidir. 
 
N.Təbrizli
 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb