Azərbaycan Hava Yolları (AZAL) və Türk Hava Yolları şirkətləri öz aralarında kod-şerinq müqaviləsi imzalanıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə ilə Azərbaycan arasında gerçəkləşdirilən marşrutları əhatə edən müqavilə martın 29-dan keçərli olacaq.
Saziş çərçivəsində Türk Hava Yolları şirkəti öz marketinq kodunu AZAL tərəfindən gerçəkləşdirən Bakı - İstanbul Atatürk, Bakı - İstanbul Sabiha Gökçen, Bakı - Ankara reyslərinə yerləşdirə biləcək. Həmçinin AZAL öz marketinq kodunu Turk Hava Yolları şirkəti tərəfindən gerçəkləşdirilən İstanbul - Bakı, İstanbul - Naxçıvan və İstanbul - Gəncə reyslərinə yerləşdirə biləcək.
"Türk Hava Yolları ilə yeni kod şerinq əməkdaşlığı qardaş ölkə ilə əməkdaşlığımızın inkişafında yeni mərhələdir" deyən AZAL vitse-prezidenti Arif Məmmədov vurğulayıb: "Bu, bizə regionda yeni müştərilər cəlb etməyə imkan verəcək". Türkiyə Hava Yolları şirkətinin investisiya və texnologiya direktoru Ahmet Bolat isə deyib: "Kod-şerinq müqaviləsi bizim müştərilər üçün yeni imkanlar yaradacaq".
Kod şerinq sazişi aviareysin iki və artıq avia şirkət tərəfindən birgə ticarəi istismarı barədə sazişdir. Bu şirkətlərdən biri operator olur - reysi həyata keçirir və öz adından bilet satır. Digər şirkətlər isə sadəcə öz adlarından reysə bilet satırlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !