AZAL-ın Bakı və Milan arasındakı reyslərində yeni aksiya

16:02 | 12.04.2016
AZAL-ın Bakı və Milan arasındakı reyslərində yeni aksiya

AZAL-ın Bakı və Milan arasındakı reyslərində yeni aksiya

Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) artıq aprelin 15-dən etibarən yerinə yetirilməyə başlanacaq Bakı və Milan arasında reyslərdə yeni aksiyaya start verdiyi barədə elan edir.

Aprelin 12-dən iyunun 7-dək olan müddətdə Bakı-Milan-Bakı və Milan-Bakı-Milan marşrutu üzrə iki gediş-dönüş aviabileti alarkən ikinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmayacaq.

Uçuşların müddəti: 15 aprel - 7 iyun, 2016-cı il.

Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər.

Bundan əlavə, aksiya dövründə Milana uçan AZAL Miles proqramı iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər.

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: //www.azal.az/az/azal-miles/miles-programme
Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: //ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:  

 (+99412) 598-88-80;

*8880.

E-mail: [email protected]

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb