AZAL qadağa qoydu

16:19 | 09.01.2015
AZAL qadağa qoydu

AZAL qadağa qoydu

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin bütün aviareyslərində siqaret, qəlyan, siqar və elektron siqaret qurğularından istifadə qadağan edilib.
 
ANN.Az AZAL-ın rəsmi saytına istinadən xəbər verir ki, elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına yol verilmir. Belə ki, bu tipli qurğularun sərnişinin əl çantasında daşınması tələb olunur.

Həmçinin bütün hallarda litium-metal batareyaların (UN 3090) "Azərbaycan Hava Yolları"nın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağan edilib. Litium-metal batareyalar (bir dəfə istifadə olunan (enerji toplamayan) batareyalar) xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) IATA-nın təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM