Azay Quliyev: “Əfvlə bağlı bütün müraciətlər araşdırılır”

12:26 | 12.12.2015
Azay Quliyev: “Əfvlə bağlı bütün müraciətlər araşdırılır”

Azay Quliyev: “Əfvlə bağlı bütün müraciətlər araşdırılır”

"Əfv Komissiyası işini davam etdirir. Əfvlə bağlı bütün müraciətlər araşdırılır”.

APA-nın xəbərinə görə, bu sözləri Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Azay Quliyev deyib.
 
O bildirib ki, komissiya Əsasnaməyə uyğun şəkildə araşdırma aparıb, məsələlərə müvafiq qaydada baxdıqdan sonra prezidentə tövsiyə xarakterli təklif irəli sürür: "Hazırda bu proses gedir. Bütün bu işlər başa çatdıqdan sonra yekun qərar prezident tərəfindən veriləcək”. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM