Azərbaycan 10 nəfəri Ermənistana təhvil verib

16:52 | 06.03.2015
Azərbaycan 10 nəfəri  Ermənistana təhvil verib

Azərbaycan 10 nəfəri Ermənistana təhvil verib

Ötən il ərzində Azərbaycan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq Ermənistan tərəfinə 10 nəfər və 1 erməni hərbçisinin meyitini təhvil verib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə keçmiş 3 nəfər azərbaycanlıdan ikisi (Dilqəm Əhmədov, Şahbaz Quliyev) işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, bir nəfər (Həsən Həsənov) isə qətlə yetirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb