Azərbaycan alimlərinin yeni kəşfi

17:12 | 21.01.2015
Azərbaycan alimlərinin yeni kəşfi

Azərbaycan alimlərinin yeni kəşfi

 Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

ANN.Az Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin sabiq əməkdaşı, Türkiyənin Ağdəniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun "Yaşıl bitkilərdə funksional fəal şəkərsiz rekombinant zülalların tibb və sənayedə istifadəsi üçün sintezi” adlı məruzəsi dinlənilib.

O bildirib ki, malyariya və qarayaraya qarşı effektiv vaksinlərin bitki sistemində ekspressiyası və istehsalı üçün dünyanın müxtəlif laboratoriyalarında çoxlu cəhdlər olsa da, onlar uğursuz nəticələnib. İlk dəfə olaraq şəkərsiz zülal sintezini təmin edən molekulyar biotexnologiya işlənib hazırlanıb ki, bu texnologiya bitki sistemində malyariya və qarayaraya qarşı effektiv vaksinlərin yaradılmasına imkan yaradacaq. Professor bildirib ki, bu ixtira beynəlxalq aləmdə böyük marağa səbəb olub və molekulyar biotexnologiya sahəsində innovasiyanın mühüm nümunəsi kimi təqdim edilib.
 
 
Məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. Qeyd olunan məsələlərlə yanaşı, respublikada digər mühüm molekulyar biotexnologiya, o cümlədən kök-hüceyrə, bioyanacaq, bioenerji sahələrinin inkişaf etdirilməsi təklif olunub. Sözügedən tədqiqatları genişləndirmək məqsədilə institutun elmi strukturunda müvafiq laboratoriyanın yaradılması və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı qərar qəbul edilib. AMEA Molekulyar Biologiya və Biotexnologiya İnstitutuna məruzədə qeyd olunan tədqiqatları genişləndirmək məqsədilə institutun elmi strukturunda müvafiq laboratoriyanın yaradılması və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması həvalə edilib. Qərarın icrasına nəzarət AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanova tapşırılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür