Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edəcək

12:20 | 26.09.2014
Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edəcək

Azərbaycan Avropa Şurasının rəsmi tədbirinə ev sahibliyi edəcək

1-5 oktyabr 2014-cü il tarixində Azərbaycanın Qəbələ rayonunda “Nifrət Nitqinə Yox Hərəkatı” Beynəlxalq Gənclər Forumu keçiriləcək. Forum Azərbaycanın Avropa Şurasında sədrliyi çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Avropa Şurası, Avropa Şurasının Gənclər Departamenti tərəfindən həyata keçirilir.Forumda Avropa Şurasının üzvü olan 47 ölkədən 250-yə yaxın nümayəndə iştirak edəcəkdir.Forumun açılış mərasimi 2 oktyabr 2014-cü il tarixində Qəbələ rayonunda yerləşən Heydər Əliyev Konqres Mərkəzində olacaqdır. Açılış mərasimində Azərbaycan hökümətinin və Avropa Şurasının yüksək dərəcəli rəsmilərinin iştirak edəcəyi gözlənilir.Forumun məqsədi Nifrət Nitqinə Yox Hərəkatı çərçivəsində milli və Avropa səviyyəsində fəal olan gənc insanları və digər iştirakçıları bir yerə toplayıb, təcrübələrini, nailiyyətlərini və gözləntilərini bölüşmək, hərəkatın davamlılığına və məsləhətləşmələrinə töhvə verməkdir. Forumda nifrət nitqi və ayrıseçkilik kimi məsələlər üzrə yerli və xarici iştirakçılarla birlikdə qrup işləri və müzakirələr aparılacaqdır. Müzakirələzr zamanı iştirakçıların fikirləri və təklifləri dinləniləcəkdir.Forumun gedişatını Forumun rəsmi saytı www.nohateforum.az ünvanından və kampaniya haqqında məlumatı www.nohatespeechmovement.org ünvanından əldə etmək mümkündür.“Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası Avropa Şurası tərəfindən həyata keçirilir və onun üzvü olan ölkələrdə təşkil olunan kampaniyalara əsaslanır. Kampaniya 2012-2014-cü illər üzrə həyata keçirilən “Gənclərin nifrət nitqinə qarşı onlayn mübarizəsi” layihəsinin bir hissəsidir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının Azərbaycan üzrə əlaqələndiricisidir. Gənclər Təşkilatları Milli Şurası 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı”na qoşulub və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib. Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, “No Hate Speech Movement” - “Nifrət Nitqinə Yox Hərəkatı” fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir. Bundan başqa Kampaniyanın andı Azərbaycan tərəfindən hazırlanmış və Avropa Şurasına təqdim edilmişdir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb