Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə yeni iddia sənədləri göndərib

17:19 | 24.01.2023
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə yeni iddia sənədləri göndərib

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə yeni iddia sənədləri göndərib

Azərbaycan Ermənistanla bağlı əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

"Bu, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişafdır”, nazirlik bildirib.
 
İddiada otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillər göstərili. Sənəd, Ermənistan tərəfindən etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir.   
 
İddia sənədindəki dəlillər işğal prosesindən torpaqların 2020-ci ildı azad olunmasına qədər olan müddətdə törədilən faktları təşkil edir.
 
Azərbaycan 2020-ci ildə torpaqlarını azad etdikdən sonra sözügedən ərazilərdə dəlillərin genişmiqyaslı toplanması işini həyata keçirib.
 
Bundan öncə də Beynəlxalq Ədalət Məhkəməsinə iddia sənədləri göndərilib.
 
Beynəlxalq Ədalət Məhkəməsi 2021-ci ildə Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.
 
Lida Abbaslı
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM