Azərbaycan "Beynəlxalq ordu oyunları 2016"da iştirak edəcək

18:50 | 28.03.2016
Azərbaycan

Azərbaycan "Beynəlxalq ordu oyunları 2016"da iştirak edəcək

25 ölkə "Beynəlxalq ordu oyunları 2016"da iştirakını təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Döyüş Hazırlığı Baş İdarəsinin rəisi İvan Buvaltsev məlumat verib.

"Cari duruma görə, 25 ölkə, o cümlədən, 7 MDB dövləti - Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Belarus oyunlardakı iştirakını təsdiqləyib. Onlar müxtəlif yarışmalara ümumilikdə 62 komanda göndərməyi planlaşdırır", - deyə İ.Buvaltsev bildirib.

Qeyd edək ki, II "Beynəlxalq ordu oyunları" 30 iyul - 13 avqust aralığında iki ölkənin - Rusiya və Qazaxıstanın ərazisində keçiriləcək. Yarış çərçivəsində 23 müsabiqənin keçirilməsi planlaşdırılır.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb