Azərbaycan bu xəstəliyə görə dünyada 4-cüdür

09:00 | 25.09.2014
Azərbaycan bu xəstəliyə görə dünyada 4-cüdür

Azərbaycan bu xəstəliyə görə dünyada 4-cüdür

Azərbaycan dünyada Talessemiya xəstələrinin çoxluq təşkil etdiyi 4-cü ölkədir.Respublika Diaqnostika Mərkəzindən ANS TV-yə verilən məlumata görə, irsi qan xəstəliklərindən əziyyət çəkənlərin azərbaycanda çoxluq təşkil etməsi, yeni doğulan körpələrdə müxtəlif formalarda qan xəstəliklərinin yaranmasına səbəb olur. Belə olan halda müxtəlif yaş qruplarından olan insanlar habelə yeni evlənəcək cütlüklərin genetik labaratoriyada qan analizləri verərək qan xəstəliklərini vaxtında aşkarlaması mütəxəssislər tərəfindən labüd hesab olunur.Genetik labaratoriyanın həkimi Elxan Rəsulovun sözlərinə görə, Azərbaycanda Talessimiyalar – Beta, Alfa yüksək gen sıxlığındadır: "Əgər iki gəncin hər ikisi xəstəliyin daşıyıcı olarsa, onda xəstəliyin yaranma riski onlarda 25 faiz olur. Yəni 4 uşaqdan biri xəstə ola bilər. Gənclərə tövsiyəm ondan ibarətdir ki, problemdən qaçmasınlar, əgər belə bir xəstəlik varsa, problemə qarşı gedib onu aşkar edərək aradan qaldırsınlar”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb