Azərbaycan cənubi azərbaycanlılara necə yardım göstərə bilər?- AÇIQLAMA

18:04 | 30.01.2023
Azərbaycan cənubi azərbaycanlılara necə yardım göstərə bilər?- AÇIQLAMA

Azərbaycan cənubi azərbaycanlılara necə yardım göstərə bilər?- AÇIQLAMA

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətində şənbə günü baş verən zəlzələdə ölənlərin sayı 1167 nəfərə çatıb. Bu barədə İran mətbuatı məlumat yayıb.
 
Zəlzələdən sonra insanlar evlərinə dəymiş ziyan səbəbindən çöldə çadrlarda gecələmli olurlar. Mətbuatda yayılan məlumatlara görə, İran hökuməti zərərçəkmiş azərbaycanlılara dəstək göstərməyib.
 
Deputat Fəzail Ağamalı bildirir ki, İran hökumətinin bu addımı öz vətəndaşlarına olan laqeydliyin ifadəsidir.
 
"Hazırkı gərgin vəziyyətdə Azərbaycanın İrana yardım göstərməsi mümkün deyil. İndiyədək Azərbaycanın İrana göndərdiyi yardımlar da nəzərdə tutulan ünvanlara çatmayıb”, - Ağamalı bildirib.
 
Deputatın sözlərinə görə, Azərbaycan hökuməti beynəlxalq təşkilatlar vasitəsilə İrana təzyiq göstərə, təşkilatların nəzarəti altında çadırlar, yemək və digər humanitar yardımlar göndərə bilər.
 
Siyasi ekspert Əziz Əlibəyli bildirir ki, humanitar yardıma ehtiyacı olan şəxslərlə bağlı qaydalara görə, həmin şəxslərə bütün ölkələr yardım göstərməlidir.
 
"Bu İnsan Haqları Bəyannaməsi ilə tənzimlənir. Orada qeyd olunur ki, insan haqları universal məsələ hesab olunur və hansısa ölkənin daxili məsələsi deyil”, - Əlibəyli deyib.
 
Ekspertin sözlərinə görə, bütövlükdə beynəlxalq humanitar yardımla bağlı Azərbaycan Respublikasının əsasnaməsi var. Bu əsasnaməyə  təbii fəlakətlər, texnogen hadisələr, xəstəliklər və digər səbəblərdən olan yardımlar daxildir.
 
Əziz Əlibəylihesab edir ki, Azərbaycan İranın qəbul edib etməməsindən asılı olmayaraq, oradakı soydaşlara hökumət olaraq yardım edə bilər.
 
"Azərbaycan tərəfi yardımları başqa şəkildə hansısa təşkilatın, hökumət qurumlarından birinin adı ilə, beynəlxalq təşkilatlar, məsələn Qırmızı Xaç Komitəsi, Qızıl Aypara Cəmiyyəti ilə əlaqə qurub onlar vasitəsilə, şəxslər, tərəfdaş olduğu qeyri-hökumət təşkilatları vasitəsi ilə edə bilər”, - ekspert deyib.
 
Yanvarın 28-də İranın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ olub. Ərazidə yaşayan cənubi azərbaycanlılar Azad İran kanalına zəlzələdən sonra onlarla heç kəsin maraqlanmadığını, vəziyyətlərinin gərgin olduğunu bildiriblər. Kəskin hava şəraiti əhalinin vəziyyətini daha da pisləşdirib.
 
Lida Abbaslı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM