"Azərbaycan dilinin yeni sözlər lüğəti" hazırlanır

19:00 | 21.01.2015

"Azərbaycan dilinin yeni sözlər lüğəti" hazırlanır

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu "Azərbaycan dilinin yeni sözlər lüğəti"ni hazırlayır.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu açıqlamasında institutun Tətbiqi dilçilik şöbəsinin müdiri, lüğətin redaktoru İsmayıl Məmmədli məlumat verib.
Şöbə müdirinin sözlərinə görə, lüğətdə hələlik iki minə yaxın yeni söz bazası toplanıb: "Hazırda toplanan sözlər siyahıya alınmaqla yanaşı, qruplaşdırılır və kompüter vasitəsi ilə yazılır. Topluda müəyyən elm sahələrində istifadə edilən, eləcə də heç bir lüğətə salınmayan yeni sözlər yer alacaq. Lüğətdə sözlərin mənası, izahı, hansı dildən gəlməsi, elmin hansı sahəsində işlənməsi qeyd ediləcək".
 
 
İsmayıl Məmmədli onu da qeyd edib ki, hazırda lüğətin hazırlanması prosesi davam edir: "Lüğətin daha çox sözü əhatə etməsinə çalışırıq. İlin sonuna kimi lüğətin çap olunması gözlənir".

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür